Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
"Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bu birliyi bizi birləşdirən bir çox amillər təmin edib: İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz və maraqlarımız və xalqlarımız qardaşlığı".
Bu barədə Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında bildirib.
Bu gün dünya miqyasında Azərbaycan ilə Türkiyənin unikal əməkdaşlıq, müttəfiqlik nümunəsi göstərdiyini vurğulayan dövlət başçısı deyib: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi kəlamlar bizim üçün, fəaliyyətimiz üçün əsas faktordur. Biz bu vəsiyyətə sadiqik, XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
"Şuşa bəyannaməsi tarixə əsaslanır, burada xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları əksini tapır" - deyə Prezident İlham Əliyev bildirib.
“20-ci əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 20-ci əsrin sonlarında Heydər Əliyev demişdi ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu tarixi sözlər bizim fəaliyyətimiz üçün əsas faktordur. Biz bu vəsiyyətə sadiqik. Və 21-ci əsrdə azad edilmiş Şuşada müttəfiqlik bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”, - deyə o qeyd edib.
İlham Əliyev əlavə edib ki, birgə bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir: “Tarixi Qars müqaviləsi yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
***
"Bu gün tarixi gündür. Türkiyə Prezidentini Qarabağ torpağında salamlayırıq. Əziz Qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var".
Bu fikri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı söyləyib.
Dövlətimizin başçısı deyib: Bu gün həyatımızın tarixində əlamətdar, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşada salamlayırıq. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm. Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var.
Bu gün imzalanmış birgə Şuşa bəyannaməsi əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı müttəfiqlik haqqında bəyannamədir. Bu ad özü özlüyündə hər şeyi göstərir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır. Dəfələrlə çıxışlarımda demişəm ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var ki, bu birliyi təmin edir. İlk növbədə tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız və xalqlarımızın qardaşlığı”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar