Xəbər lenti


Azərbaycan hərbçiləri Zəngəzurun (Sünik) Tex kəndi yaxınlığındakı istehkam işlərinin əsas hissəsini başa çatdırıblar.

Axar.az xəbər verir ki, bunu kəndin icma sədri Nerses Şadunts deyib.

“Bura gələn gündən bəri onlar boş dayanmayıblar, mühəndis işləri aparıblar. Xidmət üçün özlərinə nə lazımdırsa, tikiblər. Evlər quraşdırıblar, torpaq işləri həyata keçiriblər”, - Şadunts bildirib.

Onun sözlərinə görə, işlərin əksəriyyəti artıq başa çatıb. Yalnız xırda işlər qalıb ki, onlar da erməni mövqelərindən görünmür.
İcma sədri bildirib ki, Qaragöl rayonunda bu cür işlər aparılmayıb.

“Hazırda orda sakitlikdir. Son günlər ciddi insident qeydə alınmayıb”, - Şadunts bildirib.

Şadunts onu da qeyd edib ki, kəndin əhalisinin əksəriyyəti heyvanlarını satıb, qalanları da qışda satacaqlar.

Qeyd edək ki, 44 günlük müharibədən əvvəl işğal altında qalan ərazilərimiz həm də ermənilərin otlaq sahələrinə çevrilmişdi.

Lakin ərazilərimizin azad olunmasından sonra ermənilər bu imkanlarından məhrum olublar.



Ana səhifəyə qayıt        Baxış: 4 018          Tarix: 25-06-2021, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma