Xəbər lenti

 

                                                                                                                  

“Bir necə il bundan əvvəl Biləsuvar rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin başbilənləri kanalizasiya xətlərinin inşasına başladılar. Rayonun küçələrində dərin xəndəklər qazıldı, borular basdırıldı. İş sona çatanda məlum oldu ki, quraşdırılma işləri düzgün aparılmayıb və beləcə, kanalizasiya işləri yarımçıq qaldı”.

 

Bu sətirlər Biləsuvar rayon Xirmandali kənd sakini Əlizadə Nəhmədağaoğlunun Ovqat.com-a yazdığı məktubdandır.

 

Məktubda daha sonra qeyd olunur:

 

“Artıq beş ildən çox vaxt keçsə də, bu məsələ hec kimin yadına düşmür. Görünür, dövlətin Biləsuvar rayonuna kanalizasiya xəttinin çəklişi ücün ayırdığı milyonlarla vəsait beləcə həzm olunur.                                                       

 

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezidentin 17 mart 2017-ci il sərəncamı ilə 22 rayonun bəzi kənd və qəsəbələrinə içməli su təminatının yaxşılaşdırılması ücün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14 (on dörd) milyon manat ayırıb. Sərəncamda Biləsuvar rayonun Xırmandalı kəndinində  adı var.

 

Rayonun ən böyük kəndlərdən olan Xırmandalı kəndi, on mindən çox əhalisi, 7500-dən çox seçisi olmasına baxmayaraq, sovet dönəmindən sonra atılmış, baxımsız bir kəndə cevrilib. Kəndin küçələrini yayda toz-torpaq, qışda bataqlıqdan keçmək olmur.  Sovet dönəmindən qalan tikintilər, yay mədəniyyət evi, örüş yerləri, qanunsuz balıqçılıq göllərinə cevrilib. Dərəbəylik o həddə çatıb ki, kəndin küçələrində basdırlmış borular cıxarılıb, möhtəkirlərin al-ver predmətinə çevrilib. Bu konteksdə Xırmandalı kəndınə iki dəfə içməli su xətti cəkilib, borular basdırılıb, lakin borulardan su gəlməyib.  

 

Xırmandalılar içməli su kəmərinin çəklişini eşidəndə çox sevindilər. Amma... Amması ondadır ki, mütəxəsislərin dediyinə gorə, nəzərdə tutulan polietilen boruların kəndə çəkilən ana xəttinin diametri  60-70 mm, küçələrə ayrılan boru xətləri isə 25-30 mm-dir ki, bu da təminatı ödəyə bilməz.

 

Eləcə də kənd küçələri 1000 (min) metrdən də uzaq məsafədə olduğu halda, küçənin yarsından da az məsafəyə boru xətti çəkilir. Xətt boyu 150-200 metrdən bir su kranları qoyulur, onlar da küçələrdə ümumi istifadə üçün nəzərdə tutulub. Kəndin mərkəzi küçələrinin əsas hissəsinə içməli su xətti cəkilməyib. Kəndin xəstəxanası, uşaq bağcası, iki orta məktəbi, mədəniyyət evi və digər mədəni-məişət obyektlərinə  su xəttinin çəkilməsi isə ümumiyyətlə nəzərdə tutulmayıb. Deməli, Xırmandalı kəndinin içməli su təminatı, indiki vəzyiyyətdə qalsa, kənd sakinlərinin ancaq 25-30 faizi ondan istifadə imkanına sahib ola bilər! Bu boru kəmərinin işləyib-işləməyəcəyi isə sual doğurur.               

 

Ümumi istifadə üçün küçədə qoyulan su kranlarından istifadə edən vətəndaşlar arasında da, mənzilin məsafəsi nəzərə almaqla, su pulunun ödənişi ilə bağlı ciddi problemlər yaranacaq. Görünür, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti podratçı “Arko”şirkəti ilə baş-başa verərək faydalı məqsədlər üçün ayrılan dövlət vəsaitini, həmişə olduğu kimi mənimsəmək yolunu tutublar.                                         

 

Bu günlər Xırmandalı kənd sakinlərindən bir qrupu, adı çəkilən təşklatlarin  aşağı ranqlı mütəxəsislərinə ciddi irad tutsalar da, onlar “bizə belə tapşırıq veriblər” deyib, əllərini yelləyiblər.                                                                                                   

 

Ona gorə də sadaladığım bu ciddi noqsanların həlli üçün aidiyyatı qurumlar əməli işlər görməli, ciddi tədbirlər həyata keçirməlidirlər. Bu da, heç şübhəsiz ki, ali dövlət orqanlarının bilavasitə borcudur.

 

Biz də bir vətəndaş olaraq öz borcumuzu yerinə yetirdik və bu noqsanları diqqətinizə çatdırdıq. Son söz sizindir cənablar! Əks  təqdirdə, iqtisadi tənəzzülün daha ağır fəsadları ilə üz-üzə qalmağımız qaçılmazdır”.




Ana səhifəyə qayıt        Baxış: 1 574          Tarix: 3-10-2017, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma