Xəbər lenti
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
"Rusiya prezidenti Vladimir Putin ötən gün mətbuat konfransında Azərbaycan və Ermənistan arasında dövlət sərhəddinin SSSR vaxtında şərti olduğunu və indi onun müəyyənləşdirilməsi istiqamətində işlərin aparılmasına yardım edəcəklərini qeyd edir. V.Putin bununla çox yanlış şəkildə, bilərkdən delimitasiya və demarkasiya məsələsində iki ölkə arasında problemin davam etməsində maraqlı görünür".
Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloq bildirib ki, Putin bununla hazırda Ermənistanın iddialarına xidmət edir:
"Azərbaycan və Ermənistan arasında SSRİ vaxtında tıkanlı məftil olmasa da, şərti sərhədlərin haradan keçdiyini və iki ölkənin hüdudları müəyyən edilmişdir. V. Putin bununla hazırda Ermənistanın iddialarına xidmət edir. Əgər, belədirsə, Azərbaycan 1918-ci il sərhədlərinin bərpasını tələb etməlidir. Onda Zəngəzur və böyük bir ərazilər Azərbaycana məxsusdur".
"Əgər, Rusiya sərhədlərin delimitasiyasında vasitəçi olacaqsa, problem davam edəcək. Ona görə də Azərbaycan rəsmi şəkildə Ermənistana ikitərəfli danışıqlar aparmağı təklif edib. Heç bir ölkənin vasitəçiliyi olmadan danışıqlar aparılarsa uğurla yekunlaşar. Amma, Ermənistan bu təklifi qəbul edəcəyi gözlənilmir", - deyə politoloq fikirini tamamlayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar