Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
"Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun 2 gün öncə Azərbaycana səfəri zamanı verdiyi açıqlama dünya mediası tərəfindən maraqla qarşılandı və demək olar ki, bir çox media agentlikləri, xüsusilə də Rusiya media agentlikləri bu haqda yazılar yazmağa başladı. Türkiyə Böyük Millət Məclisinin sədri Bakıya səfəri zamanı Türkiyə və Azərbaycanın ortaq ordu yaratmaq məsələsi ilə bağlı danışıqların aparıldığını bildirdi. Şübhəsiz ki, belə informasiyanın yayılması Türkiyə və Azərbaycan arasında bütün sahələrdə olduğu kimi ordu quruculuğu və müdafiə sahəsində əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsinə xüsusi diqqət yetirilir".
Bu fikirləri "Şərq"ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə mütəxəssisi, politoloq Samir Hümbətov deyib. O vurğulayıb ki, 15 iyun 2021-ci ildə Azərbaycan prezidenti cənab İlham Əliyev və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Şuşa Bəyannaməsi və 27 iyul 2021-ci ildə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və Pakistan İslam Respublikasının Parlament sədri Əsəd Qeysəri arasında Bakı Bəyannaməsi imzalandı:
"İmzalanmış müqavilələr və aparılan danışıqlar mahiyyət etibarı ilə tərəflərin müdafiə sahəsində birgə fəaliyyətinin gücləndirilməsinə təkan verəcək. Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində əsas əməkdaşlıq 2010-cu ildə imzalanmış strateji tərəfdaşlıq haqqında müqavilədən başlayaraq inkişaf yoluna keçid etdi.
Şuşa Bəyannaməsi və Bakı Bəyannaməsi bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək olsu. Burada sual yarana bilər ki, Türkiyə və Azərbaycan arasında yaradılacaq ortaq ordu nəyə və necə xidmət edə bilər?
Birincisi, tərəflərin müdafiə və təhlükəsizliyinin qorunmasına. İkincisi, regionda sülhün və əmin-amanlığın təmin olunmasına, həmçinin dünyada sülhün təmin olunmasına və s.
Hesab edirəm ki, ortaq ordunun yaradılmasından sonra Türkiyənin hərbi bazaları daha rahat yerləşdirilə bilər. Bu da Azərbaycan ordusunun təkminləşdirilməsinə ciddi dəstək verəcək".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar