Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
“Bu insan 30 ildir, guya müxalifətdə və siyasətdədir. Amma o həm müxalifətdə, həm bütövlükdə Rusiya siyasətində, həm də bu ölkənin ictimai-siyasi mühitində ürəkbulandıran ləkə kimi yadda qalıb. Nəinki siyasi fəaliyyəti, ümumilikdə həyatı boyu ağılsız, boşboğazlığa əsaslanan sözləri ilə, fikirləri ilə “fərqlənən” bu adam sadəcə olaraq Rusiyanın bambılı siyasətçisi kimi tanınır”.
Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Vladimir Jirinovskinin Azərbaycan dövlətini və Azərbaycanın ali rəhbərliyini hədəfə alan açıqlamasına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, daha çox siyasi təlxək kimi yaddaşlarda qalan Jirinovski bir neçə gün içində bir məsələyə müxtəlif, bir-birinə zidd şəkildə münasibət bildirməklə də məşhurdur:
“Əslində, bu onun buqələmun xislətindən xəbər verir. Onu da deyim ki, Jirinovskinin buqələmunluğu onun mənəvi, psixoloji tərbiyəsindən irəli gəlir.
Bu tip insanların fəaliyyətini, hər saatda bir cür danışmasını bizim tərəflərdə insanın əlində olan bir parça təamı almaq üçün min hoqqadan çıxan sirk meymununun hərəkətləri ilə müqayisə edirlər”.
Deputat onu da bildirib ki, Jirinovskinin siyasətçidən çox küçə adamı kimi danışması həm də onun psixi durumundan xəbər verir:
“Dəyərli oxucularımızdan üzr istəyirəm, amma Jirinovski hər dəfə ağzını açanda adama elə gəlir ki, danışan Rusiya Dövlət Dumasının təmsilçisi deyil, sərxoşluqdan başı açılmayan bomjdur. Zamanında aldığı fiziki və mənəvi travmaların acısını hələ də yaşayan bu boşboğaz psixi pozğunluğun ən təhlükəli mərhələsini yaşayır. Hesab edirəm ki, onun tərbiyəsiz açıqlamaları, təlxəkliyi Rusiya kimi böyük, nüfuzlu bir ölkənin Dövlət Dumasının adına da bir ləkədir. Şübhəsiz ki, onun bu təlxəklik, təxribatçılıq, “erməni dəyirmanına su tökmək” prinsipinə əsaslanan çərənləmələri heç bir halda
Rusiyanın mövqeyi kimi qəbul edilə bilməz. Şübhə etmirəm ki, Rusiyanın dövlət maraqlarına xidmət edən rus siyasətçilərinin özləri bu təlxəyin cavabını verəcəklər”.
Vüqar İskəndərov əlavə edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsi ermənilər kimi Jirinovskini də bərk yandırıb:
“Bu təlxək qələbəmizi həzm edə bilmir. Öz hikkəsini ölkəmizin, o cümlədən bu savaşda bizə mənəvi-siyasi dəstək verən bəzi ölkələrin ünvanına ağzına gələn hədyanlar səsləndirməklə biruzə verir. O ki qaldı Azərbaycan haqqında söylədiklərinə, bu təlxək bilməlidir ki, Azərbaycan qüdrətli, qalib dövlətdir. Azərbaycanın güclü, iradəli lideri var. Azərbaycanda siyasi pluralizm var. Ən əsası, Azərbaycanda milli birlik var ki, bu da Vətən müharibəsindəki tarixi zəfərin əldə olunmasında öz sözünü dedi”.
“Sonda onu demək istəyirəm ki, gələcəkdə yaşadığmız dövrün tarixi ilə maraqlananlar “böyük imperiya” xəyalları ilə yaşayan, xalqları və dövlətləri təhqir edən Jirinovski haqqında məlumatları sadəcə acı təbəssümlə oxuyacaqlar. Çünki siyasət adına utanc gətirən bu ünsür sadəcə siyasi karikaturadır”, - deyə, deputat bildirib.
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar