Xəbər lenti
Bu gün, 21:36
Bu gün, 20:30
Bu gün, 19:40
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bildirib ki, Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən "Zəngəzur" nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd hissəsinin layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır.
Qeyd edək ki, bu dəhliz Ermənistanın Sünik (Zəngəzur) rayonundan keçəcək. H.Rüstəmov bildirib ki, uzunluğu 123.8 km, 4-6 hərəkət zolağından ibarət avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə Zəngəzur dəhlizinin yaradılacağını bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu istiqamətdə ciddi hazırlıq aparır. Elə AAYDA rəsmisinin dedikləri də bu istiqamətdə genişmiqyaslı fəaliyyətdən xəbər verir. Amma Ermənistan tərəfdə, bu deyilən dəhlizlə bağlı işlərin görülməsinə dair, hələlik, hər hansı məlumat yoxdur. Baş nazir Nikol Paşinya isə əvvəllər regionda bütün nəqliyyat dəhlizlərinin açılmasının vacibliyindən danışsa da, seçkidən sonra mövqeyini dəyişib. O, hökumətin iclasında bildirib ki, Azərbaycan əvvəlcə Ermənistana birbaşa İrana və Rusiyaya çıxış imkanı yaratmalıdır. Eyni zamanda bu layihələr Azərbaycanın Qarabağın statusu ilə bağlı danışıqlara başlamasından sonra gerçəkləşdirilə bilər.
Bu sahədə vəziyyəti "AzPolitika.info"-ya şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, dəhlizin çəkilməsinə hazırlıq birtərəfli qaydada aparılır: "Azərbaycan tərəfi öz ərazisində dəmiryol çəkilişini başlayıb. Baxmayaraq ki, 10 noyabr üçtərəfli bəyanatında Naxçıvan istiqamətində nəqliyyat infrastrukturunun açılması qeyd edilib, amma ermənilər bu dəhlizin tamamilə əleyhinədir. Əgər Paşinyan razılaşmadan sonra bu məsələyə normal yanaşırdısa, indi tamamilə əks mövqedədir və bu dəhlizin “Ermənistan üçün qəbuledilməz” olduğunu fürsət düşdükcə bildirir. Bu dəhluzin açılmasını erməni ictimaiyyəti ikinci məğlubiyyət kimi görür və buna görə də Paşinyanın dəhlizin yaranmasına razılıq verməsi siyasi intihara bərabər kimi vurğulanır. Azərbaycan tərəf isə israrla bildirir ki, bu dəhliz açılacaq".
Azərbaycan rəhbərliyində bu məsələdə xüsusi bir qətiyyət, arxayınçılıq iss olunur. Onu yaradan səbəblər nə ola bilər? İ.İsmayıl qeyd edir ki, ilk növbədə bu dəhlizin açılması Rusiyanın da marağındadır: "Faktiki olaraq, Rusiya Ermənistana dəmir yolu ilə yük daşıya bilmir. Quru magistral yol isə Gürcüstandan keçir və həm iqlim şətləri, həm də Gürcüstan hökümətinin bəzən günlərlə çəkən qadağaları Rusiyanı çətin vəziyyətə salır. Hava yolu ilə Ermənistana yük daşınması isə baha başa gəlir. Ona görə də, bu qənaətə gəlmək olar ki, bu dəhliz Rusiyanın təzyiqi ilə açılacaq. İkincisi, Azərbaycanın əlində Laçın dəhlizi kimi "kozır" var. Azərbaycan sərt şəkildə şərt irəli sürə bilər: Ermənistan tam imtina edərsə, Laçın dəhlizi və sərhədə nəzarətimizi bərpa edib bağlaya bilərik ki, bu da Qarabağ erməniləri ilə Ermənistan arasında olan yeganə yolun bağlanmasına gətirib çıxarar və Rusiya da bu işdə öz maraqları naminə maneə yaratmaz. Bizim bu dəhliz haqqında nikbin və hətta güc nümayişi effekti yaradan bəyanatımızın səbəbləri bu ola bilər".
Ekspert xatırladır ki, İran bu yolun çəkilməsində maraqlı deyil və alternativ kimi öz ərazisini təklif edir, amma buna da Rusiya razı olmur. "Ona görə də, bu dəhlizin açılmasında İran həlledici mövqeyə malik deyil”, - İlham İsmayıl vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar