 
Xəbər lenti
		Bu gün, 11:16
	
	
	
		Bu gün, 10:28
	
	
	
		Bu gün, 09:12
	
	
	
		Dünən, 17:12
	
	
	
		Dünən, 15:30
	
	
	
		Dünən, 13:30
	
	
	
		Dünən, 10:30
	
	
	
		29-10-2025, 23:39
	
	
	
		29-10-2025, 22:30
	
	
	
		29-10-2025, 21:39
	
	
	
		29-10-2025, 20:22
	
	
	
		29-10-2025, 19:45
	
	
	
		29-10-2025, 18:30
	
	
	
		29-10-2025, 17:53
	
	
	
		29-10-2025, 16:04
	
	
	

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski "Vesti FM" radiosundakı "Tam Əlaqə" proqramına açıqlama verərək Azərbaycandakı rusdilli əhalinin mütəmadi təhqirlərə və təzyiqlərə məruz qaldığını bildirib.
Ovqat.com-un məlumatına görə, Jirinovskini yenidən “filə mindirən” Azərbaycanın sabiq səfiri İsfəndiyar Vəhabzadənin onun və rus xalqı barədə səsləndirdiyi fikirlər olub.
İsfəndiyar Vəhabzadə dünən yaydığı video-müraciətində Jirinovskinin Azərbaycan barədə səsləndirdiyi hədyan sözlərinə cavab verərkən onu və rus xalqını “üfunət iyi verən donuza” bənzədib:
"Hər gün sizə kürü, balıq, pul göndəririk, özümüz isə aclıqdan ölürük (...) İranda sizin üçün işləmişəm, rus donuzlarının nə etdiyini bilirəm. Boş-boş işlərlə məşğul olur, iy verirlər. Qoxunuz artıq bütün dünyanı bürüyüb. Nəfəs almaq da mümkün deyil”.
Video-müraciətlə bu linkdə tanış ola bilərsiniz
İsfəndiyar Vəhabzadənin bu fikirləri gözlənildiyi kimi, Rusiyanın millətçi kəsimində kəskin reaksiyalar doğurub. Ən sərt cavab da tez-tez ağzının açarını itirən Jirinovskidən gəlib.
Partiya sədri onu və rus xalqını təhqir edən keçmiş səfir İsfəndiyar Vaqabzadəyə qarşı cinayət işinin başlanması tələbi ilə Azərbaycan rəhbərinə məktub göndərmək niyyətində olduğunu açıqlayıb.
Onun fikrincə, xaricdəki rusları qorumaq üçün ayrıca bir “Milli Problemlər Nazirliyi” yaratmaq lazımdır: “Həm də prokurorluğumuz və diplomatlarımız hərəkətə keçməlidir, hər bir səfirliyin millətlərarası münasibətlər üçün bir vəkili olmalıdır".
Jirinovskinin müsahibə verdiyi Vladimir Solovyov da bu məsələyə laqeyd qalmayıb. O, özünün Telegram səhifəsində paylaşdığı rəyində yazıb:
“Bu vətəndaş qalmaqalın hansı səviyyədə olacağından xəbərdardırmı? Azərbaycan rəsmilərinin fikirlərini öyrənmək maraqlıdır... Bu adam bir növ təxribatçıdır, diplomat və elmlər doktoru deyil. Öz evində bu adama layiqincə hörmət qoyulmur və bütün gücüylə özünü xatırlatmağa çalışır”.
Qeyd edək ki, Azərbaycan diplomatının və professorunun ağlını Jirinovskinin ağlına calayıb fərdi məsələni ümumiləşdirməsi, hansısa xalq haqqında naxoş ifadələr səsləndirməsi həqiqətən də təqdirolunası hal deyil. Və bu hal Bəxtiyar Vəhabzadə kimi bir dühanın oğluna heç yaraşmır. Bununla belə, sabiq diplomatın Azərbaycana və onun liderinə qarşı həyasız hücumlara adekvat cavab verdiyini də unutmaq olmaz. Jirinovski bir müddət əvvəl məlum tərbiyyəsizliyi göstərməsəydi, təbii ki, bənzər cavabı da almazdı. Odur ki, Rusiya Dövlət Dumasının deputatı adını daşıyan Jirinovski post-sovet ölkələrində kimlərinsə ağzını güdən nazirlik yaradılması təklifini irəli sürməkdənsə, öz ağzına yiyəlik etsə, yaxşıdır. Nə qədər ki Rusiyada ətrafa cuman Jirinovski kimi özünübilməzlər var, yüz nazirlik yaradılsa belə, Moskva başqa dövlətlərə edilmiş hücumların adekvat cavabını alacaq. Çünki Jirinovskilərin özbaşına hərəkət etmədiyi, Kremldən gələn sifarişlə onun-bunun üstünə dış qıcadığı hər kəsə ayandır. Və hər kəsin də Jirinovskidən qat-qat savadlı, təcrübəli və ağzının kəsəri olan Jirinovskiləri var.
Ovqat.com
 	    
 	
	Xəbəri paylaş
	
			
		 
		  
            
 Paylaş:
Bənzər məqalələr
  
	
Seçilənlər
 Prizma 
Söhbət
 Ədəbiyyat və mədəniyyət
Video
 Ən çox oxunanlar






 
  
  
  
  
 





















