Xəbər lenti
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
20-12-2024, 19:32
20-12-2024, 18:08
20-12-2024, 17:30
20-12-2024, 16:41
İran Xarici İşlər Nazirliyi Rusiya və Böyük Britaniyanın Tehrandakı səfirlərinin üzr istəməsini tələb edib.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiya və Böyük Britaniyanın Tehrandakı səfirləri Levan Caqaryanla Saymon Şerlkiff çəkdirdikləri fotoya etiraz edib.
Bildirilib ki, səfirlər Rusiyanın Tehrandakı Səfirliyinin binasının pilləkənlərində şəkil çəkdiriblər. Caqaryan yazıb ki, bura 1943-cü ildə məşhur Tehran konfransının keçirildiyi yerdir.
Məhəmməd Cavad Zərif fotoya etiraz edərək yazıb: “Bu gün uyğun olmayan bir foto gördüm. 1943-cü ildə deyil, 2021-ci ildə olduğumuzu hamının yadına salmağımıza ehtiyac var. İran xalqı nüvə müzakirələri prosesində olduğu kimi özünün suverenliyi ilə bağlı qərarların xarici dövlətlər və səfirliklər tərəfindən müəyyən edilmədiyini artıq sübut edib”.
Qeyd edək ki, Tehran konfransı 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində anti-Hitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Uinston Çörçillin (Böyük Britaniya) iştirakı ilə keçirilib.
Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tuturdu. Bu, müttəfiqlər arasında fikir ayrılığı doğuran ən kəskin məsələlərdən biri idi. Çörçill ikinci cəbhənin Aralıq dənizi və Balkanlardan, Ruzvelt və Stalin isə Avropanın şimalından açılmasını təklif edirdilər. Ancaq Çörçill planı həyata keçmədi, ikinci cəbhənin 1944-cü ilin mayında “Overvold” adı altında Fransanın şimalından açmaq barədə qərar verildi.
Bu konfrans keçmiş SSRİ-nin, indiki Rusiyanın Tehrandakı Səfirliyinin binasında keçirilib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar