Xəbər lenti

Birləşmiş Ştatlarda respublikaçı konqresmen Macori Teylor Co Baydenin impiçmenti üzrə üç qətnamə təqdim edib.

«Forbes» nəşrinin xəbər verdiyi kimi, hər üç qətnamədə dövlətin fəaliyyətdə olan başçısı Amerika hərbi kontingentinin Əfqanıstandan təşkil olunmamış çıxarılmasına görə tənqidə məruz qoyulur.

Bundan başqa, onu insanların Meksikadan qeyri-leqal miqrasiyasında və koronavirus pandemiyası zamanı ölkədən çıxarılmaya qoyulmuş yeni moratoriumun qeyri-şəffaf olmasında cavadeh hesab edirlər.

Qeyd etmək yerinə düşər ki, Teylor Qrin Baydenin impiçmenti üzrə yeganə təşəbbüskar deyil - onu digər patiyadaş senatorlar da dəstəkləyirlər. Bundan əvvəl bu senat qrupunun üzvü respulikaçı Lindsi Qrem bəyan edib ki, əgər heç olmasa bir amerikalı və ya əfqan müttəfiq təxliyə proqramından kənarda qalarsa, o zaman bu, cinayət sayılacaq və fəaliyyətdə olan Prezidentin impiçmentinə səbəb ola bilər. 

Xatırladırıq ki, ABŞ Prezidenti Co Bayden etiraf edib - o, Kabildən təxliyə əməliyatının tam uğurlu olacağına zəmanət verə bilməz. Bu zaman daha bir neçə gün əvvəl rəsmi Vaşinqton tam əks mövqedə olub.

Xəbər verildiyi kimi, bununla əlaqədar olaraq, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Ağ Evin fəaliyyətdə ola başçısını və onun bütün administrasiyasını ordunun Əfqanıstandan necə çıxmasına görə amerikalılar qarşısında üzr istəməyə çağırıb.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 301          Tarix: 23-08-2021, 10:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma