Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti vəzifəsinə başladıqdan sonra Cozef Baydenlə münasibətlərin elə də yaxşı olmadığını bəyan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı türkiyəli jurnalistlərə bildirib.

"İstəyirəm ki, iki NATO ölkəsi olaraq biz düşmən yox, dost olaq. Amma indiki vəziyyət o qədər də yaxşı deyil. Baş nazir və Prezident kimi təxminən 19 illik fəaliyyətimə əsaslanaraq deyə bilərəm. Əfsuslar olsun ki, ABŞ-la münasibətlərdə yaxşı zaman deyil. Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim, amma Cozef Bayden ilə yaxşı başladığımızı deyə bilmərəm", - Ərdoğan qeyd edib.

"Türkiyə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı ABŞ-ın davamlı təzyiqləri ilə razılaşa bilməz, Rusiya ilə müqavilə tamamlanıb və yenidən nəzərdən keçirilməyəcək" - deyə, Ərdoğan ABŞ-a səfəri zamanı türkiyəli jurnalistlərə bildirib.

"ABŞ əvvəlcə S-400-ləri bəhanə edərək bizə F-35 satmaması ilə bağlı səhvini düzəltsin. S-400 səbəbindən üzərimizə davamlı təzyiq qəbuledilməzdir, bununla razılaşa bilmərik, geriyə dönüş yoxdur", - Ərdoğan vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 2 995          Tarix: 23-09-2021, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma