Xəbər lenti

Sanki Teleyran xortlayıb - belə simasızın, utanmazın, yalançının biri də İran mollaxanasında peyda olub. Soyadı da Abdullahian… necə də Vartanyana oxşayır. Həm soyadı, həm də xasiyyət sarından. Amma Taleyranın bu xələfi artıq qısa zaman kəsiyində bütün əndazələri aşıb…

Mənbələrin məlumatına görə, simasızlığı baxımından yaxşı dilpomat sayılsa da, imperator ağası Bonapartın ondan lap zənd ilə zəhləsi gedərmiş. İndi Abdullahian adlı «Taleyran nüsxəsi»ni görəndə, Napaleonun bu nifrətini anlamaq çətinlik törətmir…

Bu fikirləri səsləndirərkən, müşahidələrimə əsaslanıram. Məsələn, cənab Abdullahian iddia edir ki, guya sionistlər, terrorçular Azərbaycan ərazisində yerləşib, İran əleyhinə iş aparırlar. AĞ YALANDIR ki, Taleyranın nüsxəsi görünməmiş naşılıqla uydurur! Bəli, İsrail tərəf Qarabağ münaqişəsi dövründə həmişə Azərbaycana kömək olub, amma bu kömək heç vəchlə İrana qarşı yönəlməyib….
Bəli, Azərbaycanda kifayət qədər yəhudi olub və indi də var. Amma onlar dinc sakinlərdir, Azərbaycan vətəndaşlarıdır - nə sionist, nə də terrorçu deyillər. Onlar vətəndaş olaraq, ölkəmizin inkişafında, ərazi bütövlüyümüzün bərpa olunmasında, sərhədlərimizin mühafizəsində əldə silah iştirak ediblər, hər iki Qarabağ savaşında şəhidlər, qəhrəmanlar vermişlər. Bu davranış da digər dövlətlərə (Ermənistan istisna olmaqla), o cümlədən İrana qarşı yönəlməyib. O ki qaldı Azərbaycanda hansısa xalqın nümayəndələrinin yaşaması, bu, Azərbaycanın daxili işidir və heç kim buna burun soxa bilməz…

Nə yazıq ki, Taleyranın davamçısı Abdullahian gözlərini yumaraq bu insanları «sionist», «terrorçu» adlandırır, amma sübut üçün əlində heç bir əsası olmadığından, bir növ, Rusiyanın XİN naziri Sergey Lavrovdan «həmrəylik umur». Lavrov isə onun tayı deyil ki, axmaq iddialara şərik çıxsın…

Çox maraqldır, İranı kimin iti dişləyib ki, Vətən savaşında yəhudinin (İsrailin) Azərbaycana dəstək verməsindən belə qıcıqlanır və erməninin əvəzinə «şiə Azərbaycan»la gerçək düşmənçiliyə baş vurur?! Yəhudi ilə farsın hansısa problemi varsa, ona biz neyləyək, bizim hansı məsuliyyətimiz ola bilər? Və ya başqa cür…

Bəli, yəhudilər millət olaraq bizim dostumuzdur. Biz, bunu nə üçün gizlədək ki? Bir yəhudi qadın ölmüş ərinin gözünü bizim qaziyə bağışlayırsa, biz, buna necə sevinməyək?

Bakıda doğulub, böyümüş, hazırda ABŞ-da yaşayan yəhudi qız - Veronika Abramova Azərbaycan mahnılarını, muğamlarını sevə-sevə oxuyursa, bizlər onu necə sevməyək? Müğənni qızın «Azərbayan mənim vətənimdir, mən onu sevirəm!» deməsindən necə sevinməyək? Fars buna paxıllıq edirsə, onun öz problemidir - bizim bir atalar məsəlimiz var: «paxılın yeri cəhənnəm…»

İndi açıq-aşkar görünür ki, fars erməni ilə qucaqlaşıb - öz işləridir, xeyirli olaydı. Amma bu qucaqlaşma Azərbaycanın əleyhinə yönəlibsə, buna göz yummaq ən azı prinsipsizik olardı. İkiüzlülük, riyakarlıq, yalançılıq, böhtançılıq və s. tarixən erməniyə xas olan keyfiyyətsizliklərdir. Fars da onun kimidrsə, burada təəccüblü heç nə yoxdur. Belə ki, bir atalar məsəlində deyildiyi kimi: «Dost, dosta tən gərək, tən olmasa…»

Görünən odur ki, Taleyranın, erməninin və farsın riyakarlığı, simasızlığı genetikdir və bir birinin «güzgu əksidir».

Mirzə AĞ

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 226          Tarix: 9-10-2021, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma