Xəbər lenti
Bu gün, 14:00
Bu gün, 12:32
Bu gün, 12:00
Bu gün, 10:44
Bu gün, 09:57
Dünən, 23:30
Dünən, 20:17
Dünən, 16:49
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 13:53
Dünən, 11:19
Dünən, 10:14
Dünən, 09:24
28-11-2024, 22:53
28-11-2024, 21:42
İranın Xarici İşlər naziri Hüseyn Əmir-Abdullayan Azərbaycanlı həmkarı Ceyhun Bayramov telefon danışığında ikitərəfli münasibətlərdəki son hadisələri müzakirə ediblər.
Ovqat.com İran mediasına istinadən xəbər verir ki, ölkələrin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət göstərməyə ehtiyac olduğunu vurğulayan Abdullahyan Tehran və Bakının bir-biri ilə çoxdankı münasibətlərinin olduğunu əlavə etdi.
O, iki ölkənin münasibətlərimizdəki anlaşılmazlıqların qarşısının almasının, əlaqələrin sürətlə və düzgün istiqamətdə inkişafını davam etdirməyin lazım olduğunu vurğuladı.
Əmir Abdullahyan həmçinin Tehranın yük maşınlarının tranzit probleminin həllini gözlədiyini də qeyd edib.
İki ölkə arasındakı münasibətlərin dərinliyinə toxunan XİN rəhbəri, Tehranın və Bakının düşmənlərinin olduğunu və hər iki tərəfin düşmənlərə iki ölkə arasındakı münasibətləri pozmaq imkanı verməməli olduğunu əlavə edib. Onun fikrincə, narahatlıqlar dialoq və əməkdaşlıq yolu ilə öz həllini tapmalıdır.
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov isə bu telefon söhbətində İran İslam Respublikası ilə əlaqələri dostluq münasibəti adlandırıb və dost ölkələrlə əlaqələrin Azərbaycan Respublikası üçün prioritet olduğunu bildirib.
İki dövlət arasında problemlərin dialoq yolu ilə, sakit və səmimi bir mühitdə həll edilməsinin vacibliyinə toxunan Ceyhun Bayramov iki ölkənin gömrük rəsmilərinə İran mallarının tranzit problemlərini həll etmək üçün danışmağı təklif edib. İranlı iki yük maşını sürücüsünün sərbəst buraxılması məsələsinə baxıldığını bilidirən Ceyhun Bayramov həmkarını Bakıya dəvət edib. Eyni zamanda Adbullahyan da onun Tehrana səfər etməsini arzulayıb.
Bir sözlə, baş diplomatlar barışıb. Bəs, görəsən, Azərbaycan xalqı necə, özünün qanını içən, on minlərlə insanını öldürən, 1 milyon vətəndaşımızı yerindən-yurdundan didərgin salan ermənilərin maraqlarını qırmızı cizgisi elan edən bir dövləti bağışlayacaqmı? İranın son zamanlar tutduğu mövqe Azərbaycan xalqı tərəfindən asanlıqla unudulmayacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar