Xəbər lenti

"Şübhəsiz ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazda ciddi dəyişikliklərə səbəb olub".

Bunu “Report”a müsahibəsində ekspert, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.

“Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazın sosial-iqtisadi və siyasi dinamikasını dəyişdi. Dünya Azərbaycanın möhtəşəm uğurunun şahidi oldu, belə ki, ölkə, Azərbaycan Prezidenti İlham Əliyevin dinamik rəhbərliyi altında ən dayanıqlı millətə çevrildi”, - o deyib.

Ekspert Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini və həmin vaxtdan etibarən fəal şəkildə infrastrukturun bərpası ilə məşğul olduğunu söyləyib.

Xalid Teymur Əkrəm həmçinin vurulayıb ki, Azərbaycan qonşu ölkələrlə dostluq münasibətlərini möhkəmləndirməklə daim regional sülh və sabitliyə can atır: “Pakistan Azərbaycanın yaxın müttəfiqidir və daim bu ölkəni bütün sahələrdə dəstəkləməkdə davam edəcək”.



Ana səhifəyə qayıt        Baxış: 3 484          Tarix: 13-10-2021, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma