Xəbər lenti

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, görüşdə baş nazir müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Armen Gevondyan iştirak edəcəklər.

Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi səbəbindən İşçi Qrupun işi müvəqqəti olaraq dayandırılmışdı, lakin son vaxtlar üçtərəfli formatda görüşlər yenidən başlayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2021 -ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib.



Ana səhifəyə qayıt        Baxış: 2 893          Tarix: 19-10-2021, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma