Xəbər lenti

“Ermənistan” fraksiyasının nümayəndə heyəti Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə ölkənin xarici siyasi vəziyyətini müzakirə edib.

Axar.az xəbər verir ki, bunu fraksiya rəhbəri Seyran Ohanyan deyib.

“Biz hərbi-siyasi vəziyyəti, parlament formatında əməkdaşlıq imkanlarını və təbii ki, Ermənistan ətrafındakı vəziyyəti, qoşunların və sərhədçilərin birləşmiş qrupunun fəaliyyətini müzakirə etdik, ikitərəfli qarşılıqlı fəaliyyətin vacibliyini qeyd etdik”, - Ohanyan bildirib.

Ohanyanın sözlərinə görə, fraksiya Ermənistan, Azərbaycan və Rusiya arasında mümkün sənədin imzalanması məsələsini qaldırıb, lakin səfir bu barədə məlumatı yox idi.

Qeyd edək ki, bir müddət öncə mətbuatda Azərbaycan və Ermənistanın noyabrın 9-da Moskvada iki yeni sənəd (sərhədlərin delimitasiya və demarkasiyası və regionda kommunikasiya xətlərinin açılması) imzalayacaqları ilə bağlı məlumat dərc olunmuşdu.



Ana səhifəyə qayıt        Baxış: 3 506          Tarix: 29-10-2021, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma