Xəbər lenti

Rusiyanın Ukraynanı işğal planları ilə bağlı bəyanatlar gərginliyi artırmaq və Rusiyanı nizamlanmanı təhdid edən tərəf kimi göstərməyə cəhddir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiyanın Ukraynanı işğal planları haqqında məlumatlar Kiyevin aqressiv düşüncələri və Donbass probleminin güc yolu ilə həlli üçün kamuflyaj ola bilər: “Biz məqsədyönlü məlumat kampaniyası aparıldığını görürük.Bu, həqiqətən də belədir. Bəzi Amerika qəzetləri bu işdə fəal iştirak edir. Bu, gərginlik yaratmaq və yenə Rusiya Federasiyasını həll prosesini təhdid edən tərəf kimi təqdim etmək cəhdidir”.

D. Peskov bu məsələdə “Bloomberg”dən istifadə olunduğunu vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 2 942          Tarix: 22-11-2021, 15:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma