Xəbər lenti

İranın Ankaradakı səfiri “Anadolu” agentliyinə açıqlamasında ölkəsinin Türkiyə prezidentinin Cənubi Qafqazda 3+3 mexanizminin yaradılması təklifini dəstəklədiyini bildirib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Məhəmməd Fərazmənd Rəsmi Tehranın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin noyabrında Cənubi Qafqazda bölgənin üç ölkəsi- Azərbaycan, Ermənistan və Gürcüstan, habelə Türkiyə, İran və Rusiyanın iştirakı ilə 3+3 formatında regional əməkdaşlıq mexanizminin yaradılması təklifini dəstəklədiyini vurğulayıb.

Onun sözlərinə görə, İran İslam Respublikası bu ideyanı müsbət qarşılayıb və xarici işlər nazirləri səviyyəsində sözügedən ideyanı həyata keçirmək üçün də ilk diplomatik addımı atıb.

“3+3 formatı təşəbbüsü İran İslam Respublikasının xarici siyasətdə izlədiyi əsas prinsiplərə, məhz regionun tərəfdaş ölkələri tərəfindən regional problemlərin həlli, gərginlik sahələrinin minimuma endirilməsi, əməkdaşlığın inkişafı və region ölkələrinin istedad və imkanlarının vasitəsilə güclü region yaratmaq məqsədinə uyğundur”, - deyə o bildirib.


Ana səhifəyə qayıt        Baxış: 2 901          Tarix: 23-11-2021, 22:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma