Xəbər lenti
21-01-2025, 19:46

ANAJ, İran
01.12.2021


İranlı deputat Əlirza Beyqi hesab edir ki, ölkəsi tarix və mədəni baxımdan qonşu ölkələrin xalqları üçün vətən sayıla bilər: “Bu nöqteyi-nəzərdən İran və Azərbaycan bir millət, iki dövlətdir. Bu unikal tarixi fürsətdən ikitərəfli əməkdaşlığı genişləndirmək üçün ən optimal şəkildə istifadə edilməlidir”.

“ANAJ” xəbər verir ki, Təbriz, Azərşəhr və Osku şəhərlərinin İslam Şurası Məclisindəki millət vəkili İranın 13-cü hökumətinin xarici siyasətdə rasional yanaşmasını ümidverici sayır. Onun fikrincə, yanaşmaların və münasibətlərin dəyişməsi ilə qonşu dövlətlərlə, xüsusilə Azərbaycan Respublikası və Türkiyə ilə əlaqələr daha da inkişaf edəcək.

Əhməd Əlirza Beyqi bildirib ki, ölkənin iqtisadi inkişafı üçün mühüm strategiyalardan biri də qonşu ölkələrlə mehriban, adekvat, inkişaf edən əlaqələrin, din, dil, etnik, mədəni və ictimai baxımdan ortaq cəhətlərin vurğulanmasıdır. “İranın coğrafi mövqeyi bizim Türkiyə və Azərbaycan da daxil olmaqla, bütün ölkələrlə çox sıx iqtisadi və siyasi əlaqələrimizin olmasını tələb edir. Bu əlaqələrdən hər iki ölkənin xalqları faydalana bilər”, - deyə o, vurğulayıb.

Bir sözlə, Beyqi İranın qonşu ölkələrlə əlaqələrinin inkişaf etdirilməsini vacib sayır: “Bu ölkələrlə bir çox ortaq cəhətlərimizin olması ölkəmizin xarici siyasət idarəsi tərəfindən daha çox qabardılmalıdır”.

Təbrizli millət vəkili xarici əlaqələrdə simmetriyasızlığı doğru hesab etmir: “Təəssüf ki, əvvəllər bu təcrübə adi hala çevrilmişdi və nəticədə qonşu ölkələrlə müxtəlif gərginliklər yaşanırdı”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: ANAJ


Ana səhifəyə qayıt        Baxış: 3 931          Tarix: 1-12-2021, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma