Xəbər lenti

Ukrayna müdafiə naziri Aleksey Reznikov Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin Avropaya nəyə başa gələcəyi ilə bağlı danışıb.

Musavat.com xəbər verir ki, onun bununla bağlı sözləri “UNİAN” agentliyi tərəfindən yayılıb.

“Ukraynada törəyə biləcək böyük müharibə Avropanı görünməmiş böhrana düçar edəcək. Rusiyanın əlindən qaçan 4,5 milyon ukraynalı qaçqın bu problemlərin sadəcə az bir hissəsini təşkil edir. Bundan başqa, Avropa Birliyi ciddi ərzaq çatışmazlığı ilə üzləşəcək”,-deyə o qeyd edib.

Aleksey Reznikovun fikrincə Rusiya ilə baş verəcək savaş bu gün hüquq prinsipləri üzərində qurulan beynəlxalq düzəni də yox edəcək.

O, Rusiyanın hücumunun “yeni böyük xaos dövrünü” açacağını söyləyib. “Bu gün masanın üzərində Ukraynanın müstəqiliyinin taleyindən daha böyük məsələlər qoyulub”,-deyə müdafiə naziri vurğulayıb.


Ana səhifəyə qayıt        Baxış: 3 018          Tarix: 5-12-2021, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma