Xəbər lenti


İranpress, İran
12.12.2021


İranın Azərbaycandakı səfiri iki ölkə arasında əlaqələrin inkişaf yolunda olduğunu deyir.

“Iranpress” xəbər verir ki, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Tehranda iki ölkə arasında əlaqələrin nəzərdən keçirildiyi konfransda çıxış edib. “Mənim Azərbaycan rəsmiləri ilə çoxsaylı görüşlərim olub. Onların hamısı iki ölkə arasında əlaqələrin inkişafının vacibliyini vurğulayırlar”, - deyə diplomat bildirib: “İki ölkə arasında müxtəlif səviyyəli rəsmilərinin, xüsusən iqtisadi sahəyə aid şəxslərin qarşılıqlı səfərləri nəzərdə tutulur”.

Diplomat İranla Azərbaycan arasında əlaqələrin hər iki ölkənin və xalqın maraqlarına cavab verəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə də Tehran-Bakı əlaqələrinin möhkəmlənməsinin vacibliyindən danışıb. O, iki ölkə arasında xüsusilə iqtisadi sahədə 150-dən çox ikitərəfli sazişin imzalandığını xatırladıb. Səfir İranın Azərbaycan Respublikasının qədim dostu və qonşusu olduğunu xatırladıb, ölkəsində iqtisadi, o cümlədən enerji sahəsində İran şirkətlərinin çalışması üçün bütün imkanlar olduğunu bildirib.

Qeyd edək ki, dekabrın 10-da Tehranda iki ölkənin səfirləri və İran parlamentinin bir sıra üzvlərinin iştirakı ilə İran-Azərbaycan əlaqələrinin nəzərdən keçirildiyi konfrans təşkil olunub.

(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: İranpress


Ana səhifəyə qayıt        Baxış: 3 684          Tarix: 13-12-2021, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma