Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Rusiya Federasiyası rəsmi Berlinin oxşar addımına cavab olaraq iki alman diplomatı ölkədən çıxarır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, dekabrın 20-də Almaniya Federativ Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Qeza Andreas fon Qayr Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomata Almaniyanın Rusiyadakı səfirliyinin iki əməkdaşının “persona non-qrata” elan edildiyi barədə məlumat verilib.
Xatırladaq ki, dekabrın 15-də rəsmi Berlin Rusiya səfirliyinin iki əməkdaşını Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilinin qətli ilə bağlı işi görə “persona non-qrata” elan edib.
Məlumat üçün qeyd edək ki, 2019-cu ilin avqustunda 40 yaşlı Xanqoşvili Berlinin “Tierqarten” parkında güllələnib. Şəhər Ali Məhkəməsi rusiyalı Vadim Sokolovu (Krasikov) Xanqoşvilinin qətlində təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib. Qətlin Rusiya hökumətinin göstərişi ilə törədildiyi bildirilib.
Rusiya güc strukturlarının məlumatına görə, Xanqoşvili Şimali Qafqazda terrorçuların gizli əməliyyatlarının fəal iştirakçısı, Şamil Basayev, Xəttab və digər liderlərin qruplaşmalarının üzvü olub. O, Beslanda məktəbə hücumun hazırlanmasında, 2004-cü ildə Moskva metrosunda qatarın partladılmasında və yüzlərlə insanın ölümünə səbəb olan digər terror aktlarında iştirak edib.
Mənbə: “RİA Novosti”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar