Xəbər lenti

"Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən edilməsi vacib məsələdir".

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında bildirib.

“Azərbaycanın qələbəsi sayəsində yeni reallıqlar yarandı. Soçi görüşü də daxil olmaqla, bir neçə dəfə sərhədlərin delimitasiyası üzrə işlərə başlamaqla bağlı təkliflər olsa da, hələlik heç bir addım atılmayıb”, - Azərbaycan XİN rəhbəri qeyd edib.

O bildirib ki, Azərbaycan əvvəlki kimi Ermənistan tərəfini bu məsələ ilə bağlı işçi qrup yaratmağa, sərhədin delimitasiyası və demarkasiyası üzrə işlərə başlamağa çağırır.


Ana səhifəyə qayıt        Baxış: 3 385          Tarix: 27-12-2021, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma