Xəbər lenti

Rusiyanın Prezidenti Vladimir Putin Baltikyanı ölkələrini «finlandiyalaşdırmaq», həmçinin ABŞ ordusunu Polşa və Rumıniyadan çıxarmaq niyyətindədir.

Bu barədə özünün yeni məqaləsində amerikalı politoloq, beynəlxalq münasibətlər və təhlükəsizlik sferası üzrə Tədqiqat Kollecinin (Corc Marşall Avropa mərkəzi) dekanı Endryu Mixta yazıb.

Qərb tarixşünaslığında «finlandiyalaşdırma» neqativ məna kəsb edir və məcburi qaydada xarici gücə tabe etdirməyi və beləliklə, İkinci Dünya Müharibəsindən sonrakı sovet-fin münasibətlərini nəzərdə tutur.

Mixta qeyd edir ki, hadisələrin belə inkişafı Rusiyanın imperiya ənənələrinə (dünyanın taleyinin böyük güclər tərəfindən həll olunduğu vaxtlara qayıtmaq) uyğun gəlir.

«Bu fəaliyyətdə Moskvanın üstünlük verdiyi həmkar Almaniyadır - amerikalı politoloq davam edir - Rusiya gözləyir ki, özünün energetik silahından istifadə etməklə, son nəticədə Berlini yenidən qiymətləndirməyə məcbur etsin və bu da Avropanı iki təsir dairəsinə böləcək».

Onun fikrincə, bu, Avropada ABŞ-ın rolunun minimumlaşdırılması demək olacaq və Mokvanın beynəlxalq düzənin dayanıqlı dəyişikliyə can atmasına xidmət edəcək.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 147          Tarix: 30-12-2021, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma