Xəbər lenti
Dünən, 22:55
Dünən, 18:48
Dünən, 17:30
Dünən, 16:00
Dünən, 09:27
22-12-2024, 23:31
22-12-2024, 22:51
22-12-2024, 20:17
22-12-2024, 19:12
22-12-2024, 18:32
22-12-2024, 17:22
22-12-2024, 16:18
22-12-2024, 15:27
22-12-2024, 14:51
22-12-2024, 14:00
Belarus Prezidenti Aleksandr Lukaşenkonun telejurnalist Vladimir Solovyova verdiyi son müsahibədə Ermənistanın ünvanına söylədiyi fikirlər İrəvanda böyük əks-səda doğurub.
Xatırladaq ki, Lukaşenko müsahibədə Ermənistanın və ermənilərin heç kimə lazım olmadığını bildirib: “Ermənistanın gedəcək yeri yoxdur. Elə bilirsiniz ki, onlar kiməsə lazımdırlar? Onlar artıq bunu gördülər... Nikol Vovayeviç(Paşinyan-red.) bunu gördü”.
“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Lukaşenkonun Ermənistanın ünvanına söylədiyi fikirlərə ölkə parlamentində sərt təpki göstərilib.Nikol Paşinyanın hakim partiyasından olan deputatlar bu məsələdə xüsusi aktivlik göstəriblər.
Deputat Vaqarşak Akopyan parlament tribunasından deyib ki, Aleksandr Lukaşenko özünü müttəfiq ölkə rəhbəri kimi aparmır: “Tərəfdaş ölkənin lideri digər tərəfdaş ölkələrin ünvanına belə fikirlər söyləmək hüququna malik deyillər. Qazaxıstandakı son hadisələri xatırlatmaq istəyirəm. Bunu Ermənistanın kimə lazım olduğuna dair fikrə cavab olaraq deyirəm. Əminəm ki, cənab Lukaşenko Ermənistanın indiyə qədər və indi də kimə lazım olduğunu yaxşı bilir...”Ardınca hakim partiyadan olan daha bir deputat – Ovik Ağazaryan tribunaya çıxaraq Lukaşenkonun və onunla yanaşı Kremlə yaxın olan erməni əsilli Marqarita Simonyanın ünvanına kəskin tənqidlər söyləyib: “Hansısa Lukaşenkolar, Marqarita Simonyanlar öz fəaliyyətlərilə Rusiya hakimiyyətinə “ayı xidməti” göstərirlər. Yaxşı olardı ki, Lukaşenko bu cür fikirlər səsləndirməzdən öncə donuz tövləsini xatırladan Minsk aeroportuna baş çəkəydi...”
Parlamentdə lukaşenkonun ünvanına təhqir və ittihamlar havada uçuşan ərəfədə Ermənistanın Xarici İşlər Nazirliyi də Belarus Prezidentinə etiraz bəyanatı yayıb. XİN-in mətbuat katibi Vaan Unanyan bildirib ki, Belarus Prezidentinin “özünəməxsus fikri”nin Ermənistana heç bir aidiyyatı yoxdur və bu fikirlər Belarusun daxili gündəminə xidmət məqsədi daşıyır.
Əslində, bununla XİN təmsilçisinin nə demək istədiyi o qədər də anlaşılan deyil. Çünki Lukaşenkonun Ermənistan barədə dedikləri ilə Belarusun daxili siyasət gündəmi arasında hansı əlaqənin olduğu məlum deyil...
Ancaq istənilən halda, görünən odur ki, Lukaşenkonun son açıqlaması KTMT və Avrasiya İttifaqı kimi təşkilatlarda tərəfdaş olan Belarusla Ermənistan arasında əsl diplomatik qalmaqal yaradıb. Bu isə növbəti dəfə Rusiyanın patronajlıq etdiyi adı çəkilən təşkilatların keyfiyyəti və buradakı ölkələrin guya bərabərhüquqlu tərəfdaş olduqlarına dair nağılların yalan olduğunu ortaya qoyur.
C.Məmmədov
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar