Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Avropa sakinlərinin yarıdan çoxu Rusiyanın hücum etməsi halında NATO və ya Avropa İttifaqının Ukraynanın müdafiəsinə qoşulması ideyasını dəstəkləyir. Bu, Berlində, Londonda, Madriddə, Parisdə, Romada, Varşavada və Sofiyada ofisləri olan Avropa Beynəlaxlq Siyasət Şurası ( ECFR) tərəfindən 7 ölkədə keçirilmiş sorğunun nəticələrindən məlum olur. Bu barədə fevralın 9-da “Suddeutsche Zeitung” alman qəzeti yazıb.
Ümumilikdə belə nöqteyi-nəzəri respondentlərin 60 faizi ifadə edib. Sorğu iştirakçılarının yarıya qədəri Ukraynanın müdafiəsi vəzifəsini ABŞ-a, Almniyaya və yə Fransaya həvalə edib. Bu zaman Almaniyada, İtaliyada, Polşada və Rumıniyada rəyi soruşulanlar NATO səviyyəsində cavab verməyə üstünlük verib. Finlandiya, Fransa və İsveç isə Avroittifaq səviyyəsində cavab verilməsini doğru sayıb.
ECFR-in ekspertləri qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putin avropalıların əksəriyyətinin Ukraynanı müdafiə etməyə hazır olmasından təəccüblənə bilər.
"AzPolitika.info"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar