Xəbər lenti

Fevralın 12-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. 

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Lavrov vurğulayıb ki, ABŞ və müttəfiqlərinin Ukraynaya qarşı “Rusiyanın təcavüzü” ilə bağlı başlatdığı təbliğat kampaniyası təxribatçı məqsədlər güdür, Kiyev hakimiyyətini Minsk razılaşmalarını sabotaj etməyə və “Donbass problemini” güc yolu ilə həll etmək üçün zərərli cəhdlərə sövq edir:

“Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, Vaşinqton və Brüsselin Rusiya-Amerika müqaviləsi və NATO ilə bizim tərəfimizdən təqdim etdiyimiz təhlükəsizlik zəmanətləri haqqında saziş layihələrinə reaksiyası bizim üçün əsas, ilk növbədə, alyansın genişlənməməsi və zərbə silah sistemlərinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi ilə bağlı müddəaları gözardı edir.



Ana səhifəyə qayıt        Baxış: 3 881          Tarix: 12-02-2022, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma