Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Avropa İttifaqı birliyin hava məkanını Rusiya üçün tamamilə bağlayır.
"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tviter hesabında bildirib.
“Biz Ukraynaya dəstəyimizi gücləndiririk.
Aİ ilk dəfə olaraq hücuma məruz qalan ölkəyə silah və texnikanın alınmasını və çatdırılmasını maliyyələşdirəcək. Biz Kremlə qarşı sanksiyalarımızı gücləndiririk”, - Ursula fon der Leyen sosial şəbəkədə yazıb.
“Birincisi, biz Aİ-nin hava məkanını Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün bağlayırıq.
Onlar Aİ ərazisinə enə və ya havaya qalxa bilməyəcəklər. O cümlədən oliqarxların şəxsi təyyarələri.
İkincisi, biz Aİ-də Kremlin media maşınına qadağa qoyacağıq, o cümlədən dövlətə məxsus "Russia Today", "Sputnik" və onların törəmə şirkətlərinə. Onlar daha Putinin müharibəsinə haqq qazandırmaq üçün yalanlarını yaya bilməyəcəklər.
Biz Avropada onların zəhərli və zərərli dezinformasiyasını qadağan etmək üçün vasitələr hazırlayırıq”, - o əlavə edib.
"Üçüncüsü, biz bu müharibənin digər təcavüzkarını, Lukaşenko rejimini yeni sanksiyalar paketi ilə hədəfə alacağıq, onların ən mühüm sektorlarını vuracağıq. Bütün bu tədbirlər dünən təqdim olunan güclü paketin üstünə əalvə edilir, beynəlxalq tərəfdaşlarımız tərəfindən razılaşdırılıb", - Ursula fon der Leyen vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar