Xəbər lenti

Rusiya Silahlı Qüvvələri yerli vaxtla saat 10:00-dan Ukraynanın Kiyev, Xarkov, Sum və Mariupol şəhərlərində sükut rejimi elan edərək humanitar dəhliz açıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ukraynada Humanitar Məsələlərin Tənzimlənməsi üzrə Dövlət Qurumlarıarası Koordinasiya Qərargahı məlumat yayıb.

“Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putindən şəxsi xahişi əsasında Kiyev, Xarkov, Sum, Mariupol şəhərlərində humanitar vəziyyətin fəlakət həddində olduğu nəzərə alınaraq Rusiya Silahlı Qüvvələri martın 7-də saat 10.00-dan sükut saatı və humanitar dəhlizin açılmasını elan edir”, - məlumatda bildirilib.



Ana səhifəyə qayıt        Baxış: 4 088          Tarix: 7-03-2022, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma