Xəbər lenti
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu 2022 çərçivəsində “Anadolu” Agentliyinin müxbirinə Azərbaycan-Ermənistan münasibətlərini dəyərləndirib.
O, bəyan edib ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və cavabını gözləyir.
Nazir əlavə edib ki, sənəd bir səhifədən ibarətdir:“Əsas prinsiplər müəyyənləşdirildi və bu prinsiplər təklif edildi. Ermənistan tərəfi münasibətlərin normallaşmasını istəyirsə, bu təklifə tezliklə münasibət bildirməlidir. Qeyd etməliyəm ki, bu sənəddəki prinsiplərin hamısı beynəlxalq münasibətlərə dair prinsiplərdir. Orada qeyri-adi nə isə yoxdur”.
“Hamıya məlumdur ki, 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistan Azərbaycan torpaqlarını zorakılıq yolu ilə işğal edib. Azərbaycan vətəndaşları didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın lehinə qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, işğalla bağlı heç bir nəticə əldə oluna bilməyib. Bu, həm də münasibətlərimizin qurulmasına əngəl törədib”, - deyə XİN rəhbəri bildirib.
C.Bayramov 27 sentyabr 2020-ci il tarixində Ermənistanın işğal etdiyi torpaqların azad edilməsi uğrunda başlayan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın bu məsələ ilə bağlı çox aydın mesajlar verdiyini ifadə edib.
“Mesajlar bundan ibarət idi: işğal amili artıq aradan qalxdı. Bu vəziyyətdə Azərbaycan keçmişin bütün çətinliklərinə və problemlərinə baxmayaraq Ermənistanla normal münasibətlər qurmağa tərəfdardır. Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə cavab yoxdur. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Biz Ermənistan tərəfinə mahiyyətcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını özündə əks etdirən bəzi əsas prinsipləri təklif etdik. Biz münaqişənin tənzimlənməsinə dair əsas prinsiplərə uyğun olaraq öz fikrimizi bildirdik. “Biz münasibətləri müəyyən prinsiplər əsasında inkişaf etdirməyə hazırıq” dedik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımlar atacağıq”, - deyə Bayramov qeyd edib.
Nazir Azərbaycanın dəfələrlə vurğuladığı iki ölkə arasında sərhədlərin müəyyən edilməsi məsələsinin də bu təkliflər sırasında olduğunu deyib. C.Bayramov əlavə edib ki, Azərbaycan bu məsələlərin həllini təklif edib, lakin Ermənistan hər zaman ilkin şərtlər irəli sürüb.
Qeyd edək ki, Azərbaycanın bundan əvvəl Ermənistan qarşısında irəli sürdüyü şərtlərə əsasən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı, o cümlədən hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə dair hər hansı iddiasından əl çəkməli, şərtlər irəli sürmədən sərhədlərin delimitasiyasına və demarkasiyasına dair danışıqlara başlamalı, o cümlədən yekun sülh razılaşması üzərində müzakirələrə başlamalı idi. Lakin Ermənistan bu təkliflərə müsbət cavab verməyib və müxtəlif manevrlər etməklə yekun sülhdən yayınmağa çalışıb.
İndi isə son günlər Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə fəaliyyət göstərən erməni silahlılarının yenidən fəallaşması müşahidə olunur və Azərbaycanın bu ərazilərdə antiterror əməliyyatları keçirməyə hazır olduğuna dair məlumatlar, çağırışlar səslənir.
Ötən gün xarici işlər nazirinin müavini Xələf Xələfov da Bakıda jurnalistlərə açıqlamasında belə əməliyyatların aparıla biləcəyini anons edib: "Münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Orada atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bu hallar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, bunlar aradan qaldırılmalıdır".
Nazir müavini bildirib ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər.
“Qarabağda olan qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proses gedəcək. Həmçinin, sülhə mane olan bütün hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulmasına da son qoyulmalıdır”, - deyə X.Xələfov qeyd edib.
"AzPolitika.info"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar