Xəbər lenti
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
Son günlər müxtəlif mənbələr tərəfindən Ukrayna ilə Rusiyanın öz aralarında sülh sazişi imzalamağa yaxın olduqları barədə müəyyən informasiyalar yayılmaqdadır.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Yutubda "Feyqin Live” kanalına müsahibəsində bildirib ki, Rusiya ilə Ukrayna arasında bir və yaxud iki həftə ərzində sülh sazişinə nail olmaq mümkündür.
"Düşünürəm, çox güman ki, may ayından gec olmayaraq, mayın əvvəlində və bəlkə də daha tez sülh razılaşmasına nail ola bilərik. Ola bilsin ki, daha tez, bir, iki həftə və yaxud danışıqların daha bir raundundan sonra may ayının sonuna kimi razılığa gələ bilərik”, - deyə Arestoviç söyləyib.
Xatırladaq ki, bu günə qədər Kiyevlə Moskva arasında atəşkəsin əldə olunması üçün 5 görüş baş tutub. Fevralın 28-də olan ilk görüş Belarusun Qomel vilayətində keçirilib. Ardınca daha iki görüş martın 3 və 7-si olub. Martın 10-da isə Türkiyənin Antalya şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrovla Ukrayna xarici işlər naziri Dmitri Kuleba görüşüb. Hansı ki, həmin görüşdən sonra keçirilən brifinqdə Ukrayna XİN rəhbəri müəyyən pozitiv anonsların olduğunu bildirmişdi. Martın 15-i gecə saatlarında isə nümayəndə heyəti arasında videoformatda danışıqlar davam etdirilib.
Eyni zamanda, son günlər Rusiya tərəfindən də danışıqlarla bağlı müsbət reaksiyalar səslənir. Belə ki, iki gün öncə danışıqlarda Rusiya nümayəndə heyətinin üzvü olan deputat Leonid Slutski də danışıqlarda əhəmiyyətli irəliləyişlərin əldə edildiyini bəyan etmişdi.
Bundan başqa, MSNBC-yə açıqlamasında ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, istefada olan general Ben Hodges qeyd edib ki, Qərb ölkələri Ukraynaya dəstəyi artırsa, təxminən 10 gündən sonra Ukraynada ruslar aktiv döyüş əməliyyatları apara bilməyəcək.
Generalın sözlərinə görə, rusların kifayət qədər şəxsi heyəti, vaxtı çatmır, onun da döyüş sursatı tükənir:
"Təxminən 10 gün ərzində... Gərək Ukrayna qüvvələrinin təchizatını artıraq ki, onlar Rusiya artilleriyasını, ordusunu məhv etmək və raket zərbələrini dəf etmək imkanına malik olsunlar. Bir şərtlə ki, biz bunu edək. 10 gün ərzində ruslar bu müharibədə daha aktiv döyüş əməliyyatları apara bilməyəcəkləri nöqtəyə çatacaqlar”.
General həmçinin hesab edir ki, Ukrayna tərəfi Rusiyanın imkanları tükənənə qədər sağ qalmağı bacarmalıdır.
Görəsən, Rusiya ilə yaxınlarda, uzağı isə may ayında razılığa gəlinəcəyilə bağlı Ukrayna rəsmiləri arasında mövcud olan əminlik hardan qaynaqlanır?
Qeyd edək ki, döyüşlər Rusiya ordusu üçün olduqca çətin keçir. Məlumatlara görə, Rusiya ordusu böyük itkilərə məruz qalır. Ukrayna ordusu düşmənə ciddi müqavimət göstərsə də, rus əsgərinin çətin durumda olması heç də tək bununla bağlı deyil. Ən əsası odur ki, Qərb Rusiyanın irəliləməsinin qarşısını almaq üçün Kiyevə silah və sursat baxımından hərtərəfli dəstək verir. ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı da, görünür, məhz bu amili əsas gətirməklə bəyan edib ki, Qərb Ukraynaya dəstəyi artırsa, Rusiya 10 gündən sonra aktiv döyüş əməliyyatı apara bilməyəcək. Aleksey Arestoviçin yuxarıda qeyd edilən açıqlaması ilə general Ben Hodgesin sözügedən fikirlərinin eyni gündə səslənməsi də ondan xəbər verir ki, tərəflər Rus ordusunun olduqca ağır durumda olduğundan və uzun müddət davam edəcək müharibəyə hazır olmadıqlarından hərtərəfli məlumatlıdırlar. Bu əsasda da Ukraynada düşünürlər ki, bir və ya iki həftəyə, uzağı isə may ayında sülh sazişinə nail olmaq mümkün olacaq.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə düşünür ki, Arestoviç Rusiya Prezidenti Putinin fəaliyyətini təhlil etmək əsasında bu cür qənaətə gəlib:
"Görür ki, Putin iki seçim qarşısındadır. Ola bilsin, Kreml müharibəni genişləndirmədən indiyə kimi əldə edilən qələbələri əsas götürmək və Ukraynanın imkan məhdudluğunu nəzərə alaraq, hansısa bir güzəştli həll variantı təklif edib. Qərb də buna sevinərək, Kiyevi razılığa gəlməyə məcbur edir, Zelenski də məcburiyyət qarşısında onu qəbul edir. Nəticədə, Moskva hamısına da olmasa, istədiyinin bir hissəsinə nail olur və hərbi əməliyyatlar dayanır”.
Politoloqun digər ehtimalına görə isə Rusiya qüvvələri toplamaq, yeni qüvvələr cəlb etməklə hücumun ikinci raunduna başlaya bilər:
"Putin qarşıya qoyulan məqsədə sona qədər çatmaqda israrlıdır. Ona görə də indi qüvvələri yenidən toplamaqla məşğuldur. Bütün Rusiyadan hərbi qüvvələri Ukraynaya daşıyır. Hətta ola bilsin, Qarabağdakı sülhməramlıları da ora cəlb edir. Ondan sonra Rusiya hücumun ikinci raunduna başlaya bilər. Təbii ki, bu zaman da tam qələbə qazana bilməyəcək. Amma daha böyük əraziləri tuta bilər. Nəhayət ikinci hücum imkanlarının tükənməsilə may ayı üçün daha ağır şərtlərlə Kiyevə sülh qəbul etdirir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar