Xəbər lenti
        

Almaniya, Rusiya, Ukrayna və Fransa təmsilçilərinin “Normandiya”  formatı çərçivəsində Donbassdakı vəziyyəti müzakirə etdikləri onlayn görüş nəticəsiz başa çatıb.
 
Ovqat.com
-un rus mediasına istinadən verdiyi məlumata görə, tərəfləri ölkə liderlərinin müşavirləri təmsil edirdilər.
 
Bildirilir ki, danışıqların alınmaması Rusiyanın təklifinin Ukrayna tərəfindən qəbul edilməməsindən qaynaqlanır. Rusiyanın təklifləri "atışmaların artmasının qarşısını alan bir mexanizmin tapılması” və “atəşkəsin pozulmasına cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi” yolları ilə əlaqədar olub. Amma Ukrayna bu təkliflə razılaşmayıb. Almaniya və Fransa təmsilçiləri isə konkret qərarlar əvəzinə deklarativ siyasi bəyanat imzalamağı təklif ediblər. Nəticədə üç saatdan çox davam edən danışıqlar nəticəsiz qalıb.
 
Ukrayna tərəfi videokonfransın nəticələrini hələ şərh etməyib.
  
Qeyd edək ki, “Normandiya” dördlüsü 2014-cü ildə Almaniya və Fransanın vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında sülh yolları axtarmaq üçün təsis olunub. Bir növ ATƏT-in Minsk Qrupunun Ukrayna variantıdır. Rusiya və Ukrayna arasında gərginliyin artdığı indiki şəraitdə “Normandiya” danışıqlarının alınmaması tərəfləri bir addım daha müharibəyə yaxınlaşdırır.


Ana səhifəyə qayıt        Baxış: 4 914          Tarix: 19-04-2021, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma