Xəbər lenti
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ səfərindən sonra rəsmi Kiyevin Rusiyaya qarşı ritorikası daha da sərtləşib.
Ovqat.com-un məlumatına görə, Ukrayna Prezident Administrasiyası rəhbərinin Donbass problemi üzrə müşaviri Aleksey Arestoviçin ölkə rəhbərinin ABŞ səfərini şərh edərkən səsləndirdiyi fikirlərdən də bu açıq şəkildə hiss olunur.
"Əgər Rusiya hər hansı bir formada - Belarus ərazisindən, Krımdan Ukraynaya hücum etsə, onu dəhşətli şəkildə döyə bilərik. Amerikaya səfərimizin ərəfəsində xeyli silah aldıq və bir çoxu da bundan sonra gələcək. Kreml də bunu yaxşı başa düşür", - Arestoviç belə deyib.
O, vurğulayıb ki, Moskva müharibəyə başlamaq eşqinə düşsə, Ukrayna istifadəsində olan bütün silahlardan istifadə edərək ona cavab verəcək.
Qeyd edək ki, ABŞ və Ukrayna prezidentlərinin dünən gecə baş tutan görüşündə əsas müzakirə mövzusu Ukraynanın təhlükəsizlik və müdafiəsi məsələsi olub. ABŞ yetkililəri Zelenskiyə Ukraynanı böyük məbləğdə silah-sursatla təchiz etməyə söz verib. Prezidentlərin dünənki görüşündən sonra yayılan “Ukrayna-ABŞ strateji tərəfdaşlığı haqqında Birgə Bəyanat”da da bu xüsus öz əksini tapıb. Bəyanatda vurğulanır:
Ukraynaya təhlükəsizlik sahəsində yardım göstərilməsi üçün Birləşmiş Ştatlar 60 milyon dollar həcmində yeni yardım paketi elan edir. Bu paketə "Javelin" zirehli sistemləri və digər müdafiə uçuş, həmçinin qeyri-raket avadanlığı daxildir. 2014-cü ildən başlayaraq, Birləşmiş Ştatlar Ukrayna ordusuna dəstək üçün 2,5 milyard dollar ayırıb, o cümlədən 400 milyon dollarlıq hərbi avadanlıq Ukraynaya yalnız bu il verilib”...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar