Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
"Rusiya Qarabağ probleminin nizamlanmasının, Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının Brüsselin çətiri altında baş tutmasını qətiyyən qəbul etmir və mane olmaq üçün təzyiq imkanlarından istifadə etməyə başlayıb".
"AzPolitika.info" xəbər verir ki, bu barədə təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Brüsseldə bu gün keçirilən Əliyev-Paşinyan görüşünü şərh edərkən bildirib. Onun sözlərinə görə, təzyiqin əsas hədəfi Ermənistan siyasi rəhbərliyidir. Ekspert vurğulayıb ki, Rusiya Brüsseldə hər hansı bir razılaşmanın və nəticədə sənədin imzalanmasının qarşısını almaq məqsədilə idarə etdiyi Ermənistan siyasi müxalifətinə və separatçı rejim liderlərinə xüsusi göstəriş verib: "Moskvanın idarə etdiyi Koçaryan və Sarkisyanın tərəfdarları dünən İrəvanın mərkəzində iki saat yarım etiraz mitinqi keçirdilər. Mitinq “Dağlıq Qarabağın heç bir statusla Azərbaycanın tərkibində olmayacağı və Qarabağ xalqının müqəddəratını təyin etməyə mane olan heç bir sənədin Azərbaycanla imzalanmayacağı” tələbi ilə bəyanat qəbul etdi. Bəyanatın son cümləsini isə birbaşa Rusiyanın diqtəsi hesab etmək olar. Mitinq iştirakçıları Paşinyan hakimiyyətini faktiki hədələyib: ”Bu tələblərdən imtina bütün mümkün metod və vasitələrlə qanuni ümummilli müqavimətə gətirib çıxaracaq”, - müxalifət xəbərdarlıq edib".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar