Xəbər lenti
Dünən, 21:45
Dünən, 21:00
Dünən, 19:41
Dünən, 18:46
Dünən, 09:08
30-01-2025, 23:19
30-01-2025, 23:00
30-01-2025, 21:16
30-01-2025, 20:50
30-01-2025, 19:24
30-01-2025, 17:52
30-01-2025, 15:34
30-01-2025, 14:44
30-01-2025, 14:11
30-01-2025, 13:25
Rusiya Müdafiə Nazirliyinin Ukraynanı “Kiyevdəki idarəetmə mərkəzlərini” bombalamaqla hədələməsinə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç adekvat cavab verib. Qeyd edək ki, söhbət Prezident Ofisi və digər idarəetmə strukturlarının vurulması ehtimalından gedir.
“AzPolitika.info” xəbər verir ki, rusiyalı jurnalist Mark Feyqinin kanalına danışan Arestoviç Rusiyanın Kiyevdəki mərkəzi dövlət orqanları binalarına raket zərbələri endirilməsi barədə hədələrini real qəbul etdiklərini deyib: “Onlar qərarların qəbul edilməsi mərkəzlərini vuracaqlarını deyirlər. Onların xarakterini bildiyimdən, şübhə etmirəm ki, sülh müqaviləsi imzalanması ərəfəsindəki son gündə vuracaqlar, axı bunlar Kremldəndirlər... Deməli, hərbi idarəçilik, Ukraynanın bütün güc strukturlarının mərkəzi aparatları təhlükəyə məruz qalır. Mümkündür ki, Ali Rada, Nazirlər Kabineti, Prezident Ofisi... Biz həmişə buna hazırıq, qoyun uçsun (raket nəzərdə tutulur-red.), baxarıq”.
Lakin Arestoviç Rusiyanın Kiyevdəki dövlət idarəetmə mərkəzlərinə vurulacaq zərbələrinin cavabsız qalmayacağına da işarə vurub və deyib ki, belədə Ukraynanın Rusiyaya cavab zərbəsi endirmək üçün “gözəl imkanları” var: “Sadəcə, yadda saxlamaq lazımdır ki, istənilən idarəetmə orqanımıza açılan atəşə verəcək öz cavabımız var. Burada “stavka”ları qaldırarkən ehtiyatlı olmaq lazımdır. Dərhal demək istəyirəm ki, Rusiyanı vurmaq üçün bizim gözəl imkanlarımız var və biz hələ ki, bundan istifadə etmirik. Lakin istənilən müharibə öz eskalasiya səviyyəsinə malikdir. Eskalasiyanı qaldırmaq istəyirsinizsə, buyurun, qaldıraq...”
Ukrayna mətbuatında və bir sıra Rusiya mətbu orqanlarında Arestoviçin bu açıqlaması Ukraynanın Rusiyanı Moskvanı vurmaqla hədələməsi kimi təqdim olunur və bu cür başlıqlarla verilir: “Arestoviç Rusiyanı Moskvaya cavab zərbəsilə hədələdi”. Bu da onunla izah edilir ki, Kiyevdə Prezident Ofisi, yaxud parlamentin bombalanmasına Arestoviçin dediyi kimi, adekvat cavab Moskvadakı anoloji mərkəzi idarəetmə qurumlarının vurulması ola bilər.
Onu da qeyd edək ki, bu, Ukrayna rəsmiləri tərəfindən Rusiya dövlət strukturlarının vurulmasının mümkünlüyünə dair verilən ilk açıqlama hesab edilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər