Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Türkiyədə ermənilərin nəşr etdirdiyi bədnam "Agos" qəzet bu dəfə Türkiyə dövlətinin Ermənistan-Azərbaycan münaqişəsində tutduğu ədalətli mövqeni tənqidb edib. Qəzet iddia edir ki, Ermənistanın işğalçı siyasətinə rəğmən Türkiyə qonşu dövlət olaraq hər iki ölkə ilə eyni məsafədə dayanmalı, neytral və barışdırıcı mövqe tutmalıdır.
Moderator.az saytı Türkiyədə yaşayan Azərbaycan aydını, hər zaman ölkəmizin haqq səsini qardaş ölkədə duyuran professor Aygün Attarın "Agos" qəzetinə cavabını təqdim edir:
"Agos qəzeti Türkiyə dövlətinin siyasətinə və Türk hökumət rəsmilərinin Qarabağın Ermənistan tərəfindən işğalına göstərdiyi reaksiyalı münasibətin əksinə, işğalçı qüvvələrin lehinə fəaliyyət göstərməyə davam edir. İstanbulda yayım həyatını davam etdirən Türkiyədəki erməni camaatının Agos qəzeti özünü və varlıq səbəbini belə təsvir edir: "Demokratikləşmə, azlıq hüquqları, keçmişlə üzləşmə, Türkiyədəki plüralizmin qorunması və inkişaf etdirilməsi məsələlərini əhatə edən siyasi həftəlik qəzet".
Halbuki demokratikləşməyə xidmət etdiyini iddia edən Agos qəzeti mütəmadi şəkildə erməni diasporuna xidmət edərək Türkiyəni günahlandırmaq, Türk düşmənçiliyi aparmaqla yetinmir, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına də hüquqi baxımdan haqq qazandırmaq cəhdindən əlavə, "icraatlara" imza atır.
Üzsüzcsinə Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağı müstəqil erməni dövləti kimi təqdim edən qəzetin 30.06.2017 tarixli "Şuşidəki Gohar Ağa məscidi bərpa edilir" başlıqlı yazısında işlətdiyi ifadələrə diqqət edin: "Şuşi Artsakhdakı bənzərsiz bölgələrindən biridir". Şuşanı şuşi edən Agos zehniyyəti Sarkisyan kimi Dağlıq Qarabağı da Artsak adlandırmaqla yetinməyib, Şuşanı turistlərə tarixi Erməni torpağı kimi təqdim edib.
Türkiyə dövlətinin rəsmiləri və şəxsən Prezident tərəfindən Qarabağın işğalının qəbul edilməz olduğu dəfələrlə beynəlxalq arenada dilə gətirilməsinə, regionda sülhün bərpası üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxarılması qarşılığında Ermənistan ilə diplomatik münasibətlərin həyata keçirilməsinin mümkün olduğunu ifadə edilməsinə, yəni Türkiyə Respublikasının bu sahədə mövqeyinə və yeritdiyi siyasətə baxmayaraq, Agos qəzeti bu cür provakatif yazılar ilə bir millət, iki dövlət arasına nifaq salmağı qarşısına məqsəd qoysa da nail olmayacaq.
İstanbulun göbəyində yerləşən və təkcə Ermənistana deyil, dünyadakı Erməni lobbisinə fəal şəkildə xidmət edən bu qəzeti yaxından təqib edənlər, orada müzakirəyə təqdim olunan məsələlərin böyük dövlətlərin xüsusi xidmət orqanlarında Türkiyə üçün həyata keçirilməsi planlaşdırılan ssenariləri görə bilərlər.
Agosda köşə yazarlarının, baş redaktorların yolunun bir dövr FETÖ yayım orqanlarından keçməsi də əlamətdardır. Zaman qəzetinin köşə yazarınımı desəm, Tərəf qəzetinin ümumi nəşr yönətmənimini desəm... Google-da sadə bir axtarış sizə Agosun indiki simalarının yaxın tarixlərə qədər FETÖ-nun qəzetlərində əsas rolda olduğunu göstərəcək.
Maraqlı olan Hran Dinkin ölümündən sonra yaranan kədərli havanı məğlub ədəbiyyata uğurla çevrilən Agos qəzetinin sanki toxunulmazlıq zirehinə bürünmüş bir ədayla özündə Türkiyə və Türklərə qarşı tənqid adı altında hər növ alçaltma səlahiyyətini görməsidir.
Agos qəzetini oxuyanda "məsum HDP-ni mağdur edən, azlıqları etnik kimlikləri səbəbindən kənarlaşdırmış, sosial ədaləti qətlə yetirmiş əzazil" bir Türkiyə prototipi görürük qarşımızda. Tənqid ediləcək çox şeyi olan sözdə erməni soyqırımını həyata keçirmiş Türkiyə portreti çəkir Agos. HDP-li deputat Garo Paylanın erməni diasporunun görüşlərində Türkiyə əleyhinə söylədiyi bütün sözlərə sətir sətirədək yer verir Agos qəzeti.
Bütün bu fəaliyyətini Türkiyədə- İstanbulda həyata keçirən erməni icmasının qəzeti PKK terror təşkilatının xəyanətinə göz yumur, şəhid xəbərlərinə xəsisliklə yer verir, Xocalı Soyqırımından heç bəhs etmir və özünü demokratiya fədaisi elan edərək Türkiyənin demokratiyasını bol kisədən tənqid edir. On yeddi aylıq Zəhra körpənin Ermənistan tərəfindən qətlə yetirilməsini də Agos kor olduğundan görmədi.
Nə hikmətdirsə ölkəmizdəki digər qəzetlərdə yazılan hər bir yazıya onlarca cavab yazan iqtidar tərəfdarı olan mətbuat nümayəndələri kimi müxalifət tərəfdarı mətbuatda Agosun şıltaq davranışları qarşısında susmağa üstünlük verirlər. Hətta Agos qəzetinin Ethen Mahcupyan, Markar Esayan kimi köşə yazarları Türkiyə siyasətinin də başında qonaq qəbul edilir, tv proqramlarının əvəzolunmazları olaraq ekranlarda boy göstərirlər. Bu insanların hamımız kimi bu ölkənin vətəndaşlarını və dövlətin vətəndaşlarını sevməsi çox normaldır və lazım olan bir məsələdir. Lakin dövlət və vətəndaşlıq əlaqələri vətəndaşın dövlətə qarşı məsuliyyətlərini həyata keçirdiyi təqdirdə möhkəm zəmin yaradır. Zəmin büdrəyərsə dam çökər, damını çökdürmək üçün deyil, zəmini möhkəmləndirmək naminə fəaliyyət göstərmək hər kəsin vətəndaş məsuliyyətidir. Etnik kimliyi, yaxud arxasında güclü diaspor olması heç bir təbəqəyə ayrıcaklı davranma hüququ verə bilməz, verməməlidir. Agos qəzetinin əməkdaşları da buna daxildir".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar