Xəbər lenti

Avropa İttifaqı (Aİ) hərbi əməliyyatların kritik anında Ukraynanın silah və hərbi texnikasının tükənməsinə imkan verməyəcək.

 TASS xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel qurumun Müdafiə Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

"İndi müharibə kritik mərhələdədir. Biz Ukraynanın hərbi texnikası və silahlarının tükənməsinə icazə verə bilmərik", - o qeyd edib.

Diplomatiya rəhbəri əlavə edib ki, Aİ ölkələrinin Ukraynaya eyni intensivliklə fasiləsiz silah tədarükünü davam etdirmək üçün kifayət qədər resursları var.

Borrel bildirib ki, Aİ-nin mülki məsləhət missiyası sərhəd nəzarəti və müharibə cinayətlərinin təhqiqatına dəstək vermək üçün Kiyevə qayıdıb.

Missiya sərhəd nəzarəti və hərbi cinayətlərin araşdırılmasında mülki fəaliyyətlər vasitəsilə Ukrayna hakimiyyətinə kömək edəcək.



Ana səhifəyə qayıt        Baxış: 3 590          Tarix: 17-05-2022, 20:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma