Xəbər lenti

NATO-ya üzv olmaq üçün rəsmi müraciət edən İsveç və Finlandiyanın təşəbbüsü terrorçulara ev sahibliyi etdikləri səbəbi ilə Türkiyənin vetosuna ilişib. Ankaranın israrlı mövqeyi beynəlxalq aləmdə rezonans yaratmaqda davam edir.

Çində nəşr olunan “Global Times” qəzeti Türkiyənin öz mövqeyində haqlı olduğunu yazıb.

Nəşr bildirib ki, Finlandiya və İsveçin təşəbbüsünü əngəlləmək Türkiyənin böyük bir güc kimi müstəsna rolunu göstərir.

Məqalədə qeyd edilib ki, sözügedən iki ölkə NATO-ya üzv olmaq üçün mayın 18-də rəsmi müraciət edib, bu, Türkiyə istisna olmaqla, bütün digər hərbi alyansa üzv dövlətlər tərəfindən təsdiqlənib.

“Qərb Türkiyənin tələblərini yerinə yetirmirsə, Qərbin Türkiyədən tələblərini yerinə yetirməsini istəməsi ədalətsizlikdir”, - Çin nəşri vurğulayıb.

Qəzet Türkiyənin təzyiq edilməyəcək qədər böyük güc olduğunu bildirib:

“Türkiyə sıxışdırılacaq bir ölkə deyil. Rusiya və Ukrayna ilə danışıqlara ev sahibliyi etməsi Türkiyənin Avropa və hətta qlobal təhlükəsizlikdə özünəməxsusluğunu nümayiş etdirir”.

Nəşr yazıb ki, Türkiyə təsir rıçaqlarından məhrum deyil və öz kritik coğrafi təsirini nəzərə alaraq, ABŞ və Qərbi İsrail-Fələstin məsələsindən və İranla nüvə sazişindən uzaqlaşdıra bilər.(Teleqraf.com)



Ana səhifəyə qayıt        Baxış: 3 311          Tarix: 1-06-2022, 15:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma