Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Rusiya 2014-cü ildən Ukraynaya qarşı müharibə vaxtı 400-ə qədər beynəlxalq müqaviləri pozub.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kopenhagen demokratik sammitinin iştirakçılarına müraciətində deyib.
Xüsusilə, Rusiya Budapeşt memorandumunu pozub. Bu sənədə uyğun olaraq, Rusiya Ukraynaya qarşı təcavüzdən çəkinmək öhdəliyi altından imza atıb.
Rusiyanın öhdəliklərini pozmasını əsas gətirən Polşanın keçmiş xarici işlər və müdafiə naziri, hazırda Avropa Parlamentində millət vəkili olan Radoslav Sikorski Qərbə maraqlı çağırış edib.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, keçmiş nazir Ukraynanın müstəqilliyini qorumaq üçün ona nüvə silahı verilməli olduğunu bildirib: “1994-cü ildə imzalanan Budapeşt Memorandumu ilə Ukraynanın nüvə potensialının qarşısı alındı. Bu müqaviləyə əsasən, Ukrayna Sovet dönəmindən qalan nüvə silahlarını məhv etmək öhdəliyini öz üzərinə götürdü. Rusiya və Qərb isə bunun müqabilində Ukraynanın müstəqilliyinə zəmanət verdi.
O vaxt hər kəs düşünürdü ki, Sovetlərdən sonra Ukrayna öz sərhədləri daxilində müstəqil ölkə olaraq qalacaq. Lakin bunun əksi baş verdi. Rusiya Budapeşt Memorandumunu pozaraq, Ukraynaya hücum etdi. Hesab edirəm ki, Ukraynanın yenidən müstəqilliyini bərpa etməsi üçün ona nüvə silahı verilməlidir. Qərb olaraq buna haqqımız çatır”.
“Putinin NATO ərazisinə nüvə silahı ilə hücum etməyə cəsarət edəcəyini düşünmürəm. Təxribatçı çıxışlardan başqa Rusiya hazırda bu istiqamətdə heç bir hazırlıq görmür. Hazırda Rusiyanın bir neçə min taktiki nüvə başlığı olduğundan xəbardarıq. Biz müttəfiqlərimizlə birlikdə vəziyyəti yaxından izləyirik”, - deyə o bildirib.
Bu arada iki minə yaxın nüvə silahı hazır vəziyyətə gətirilidiyi məlum olub.
AzPolitika.info” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) iyunun 13-də açıqladığı illik hesabatında məlumat verib.
Hesabatda göstərilib ki, dünyada nüvə silahı olan doqquz ölkə, o cümlədən Birləşmiş Ştatlar və Rusiya növbəti on il ərzində döyüş başlıqları arsenalını böyüdəcək və müasirləşdirəcək, bu isə narahatedici tendensiya””dır.
Qurum bildirir ki, ötən il döyüş başlıqlarının sayında cüzi azalmaya baxmayaraq, növbəti 10 il ərzində arsenalların böyüyəcəyi gözlənir.
“Doqquz nüvə ölkəsi – Birləşmiş Ştatlar, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya nüvə arsenallarını modernləşdirməyə davam edirlər. 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarınadək nüvə silahlarının ümumi sayında cüzi azalmaya baxmayaraq, bu sayın növbəti onillikdə artacağı gözlənir”, – SIPRI-in hesabatında vurğulanır.
“Soyuq Müharibə bitəndən bəri qlobal nüvə arsenallarındakı ixtisarların bitməsinin aydın əlamətləri görünür”, – SIPRI-nın Kütləvi Qırğın Silahları Proqramının aparıcı əməkdaşı, Amerika Alimləri Federasiyasında (FAS) Nüvə İnformasiyası Layihəsinin direktoru Hans M. Kristensen bildirib.
SIPRI-da Kütləvi Qırğın Silahları Proqramının Direktoru Vilfred Van isə qeyd edib ki, nüvə silahlı ölkələrin hamısı arsenallarını ya artırır, ya da təkmilləşdirir, çoxu nüvə ritorikasını, nüvə silahlarının onların hərbi strategiyasındakı rolunu kəskinəşdirir.
“Bu, narahatedici tendensiyadır”, – o, sözlərinə əlavə edib.
SIPRI-nın hesablamasına görə, 2022-ci ilin əvvəlində nüvə ölkələrinin cəmi 12 min 705 döyüş başlığı olub. Onun 9 min 440-ü isə potensial istifadə üçün hazır vəziyyətdədir.
3 min 732 döyüş başlığı raketlərə və təyyarələrə yerləşdirilib, 2 minə yaxını yüksək əməliyyat hazırlığı vəziyyətinə gətirilib. Bunların demək olar, hamısı Rusiyaya, yaxud ABŞ-a aiddir.
ABŞ və Rusiyaya məxsus döyüş başlığı inventarları 2021-ci ildə azalmağa davam edib. Ancaq SIPRI qeyd edir ki, bu daha çox hərbi xidmətdən çıxarılan döyüş başlıqlarının sökülməsi ilə əlaqədardır.
"Bu iki ölkə qlobal nüvə silahlarının 90 faizinin sahibidir" -deyə, SIPRI bildirir.
2022-ci ilin yanvarınadək Birləşmiş Ştatlar inventarındakı 5 min 428 döyüş başlığının 1744-nü quraşdırıb. Rusiya isə ümumi 5 min 977 döyüş başlığından 1588-ni quraşdırıb.
Nüvə silahlı olan digər yeddi ölkə yeni silah sistemlərini ya inkişaf etdirir, quraşdırır, ya da bu yöndə niyyətlərini açıqlayıblar. Çinin xüsusilə nüvə arsenalını əhəmiyyətli dərəcədə genişləndirmə mərhələsinin ortasında olduğu bildirilir.
“Qonşu və qatı rəqiblər olan Pakistan (165 döyüş başlığı var) və Hindistan (160) da arsenallarını böyüdüblər” - deyə, SIPRI-nin hesabatında vurgulanır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar