Xəbər lenti

Təbii ki, səylərimizin özünüreklam kimi qələmə verilməsinə etiraz edirik. Gərginliklərə son qoymaq cəhdində özünü reklam etməklə bağlı heç nə yoxdur.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasına cavabında bildirib.

O deyib ki, ABŞ-ın tək məqsədi, hərtərəfli və davamlı sülhün əldə edilməsidir ki, bu da nəticədə insanların həyatını xilas etmək üçün bu ölkələrin birgə işləməsini görməkdir və onlara kömək etməkdir.

“Bilmirəm bunun nəyi özünüreklam olaraq şərh edilir”, - Ned Prays əlavə edib.

Onun sözlərinə görə, Dövlət katibinin də vurğuladığı kimi, ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir: “Biz hər iki ölkənin liderlərini onlar üçün ən faydalı olan formatda görüşməyə təşviq etmişik. Hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Məhz buna görə də Dövlət katibi Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirlərini sentyabr ayında Nyu-Yorkda bir araya gətirdi, iki nazir son zorakılıqların alovlanmasından sonra ilk dəfə görüşdü.

Prezident Putinin dəvətinin davamlı sülhə nail olmaq üçün Ermənistana və Azərbaycana kömək edəcəyinə və ya faydalı olub-olmayacağına qərar vermək son nəticədə bu iki ölkənin verdiyi qərardır”.

Ned Prays diqqətə çatdırıb ki, ABŞ Cənubi Qafqaz ölkələrinin suverenliyinə və müstəqilliyinə böyük dəstək yoxdur.

“1991-ci ildə Ermənistanın, Azərbaycanın və Gürcüstanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa etməsi bu ölkələrin hər birinə Moskvadan və ya başqa ölkədən asılı olmayaraq öz xarici siyasət maraqlarını həyata keçirmək hüququnu təmin edən əsas hadisə idi”, - ABŞ Dövlət Departamentinin sözçüsü vurğulayıb.

Xatırladaq ki, Zaxarova bir müddət əvvəl yaydığı bəyanatda qeyd edib ki, Qərbin problemin nə regional spesifikliyini, nə də xüsusi həssaslığını nəzərə alır: “Vaşinqton və Brüsselin əsl məqsədləri heç də kompromis və balanslaşdırılmış həll yollarının inkişafı deyil, özünü reklam etmək və Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır”.




Ana səhifəyə qayıt        Baxış: 2 903          Tarix: 26-10-2022, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma