Xəbər lenti

Hazırkı münaqişədə rəsmi Kiyevə kömək etmək qərb ölkələri sakinlərinə baha başa gəlir.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

O, Avropada ərzaq və elektrik qiymətlərinin artması ilə razılaşıb. O, bir çox avropalı ailələr üçün “çətin günlərin” gəldiyini söyləyib.

Buna baxmayaraq, Stoltenberq Ukraynaya dəstəyi artırmağın zəruriliyini vurğulayıb. Alyansın baş katibi eyni zamanda bildirib ki, hərbi yardım Kiyevin danışıqlar masası arxasında mövqelərini gücləndirməyə qadirdir.

Mənbə: RenTV




Ana səhifəyə qayıt        Baxış: 3 265          Tarix: 27-11-2022, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma