![](/templates/Wmediat51/images/vetendash.jpg)
“İranın siyasi rejiminin Azərbaycana münasibəti məlumdur. İran Azərbaycan dövlətini sevməyən, Azərbaycana qarşı olan dövlətlərlə əməkdaşlıq edir”.
Bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a açıqlamasında deyib. O qeyd edib ki, İran Azərbaycanın düşmənlərinə dəstək verir: “Baş verən hadisənin birbaşa İranın siyasi hakimiyyəti ilə bağlı olduğunu düşünmürəm. Bu günlərdə xarici işlər nazirləri səviyyəsində mətbuata tam açıqlanmayan görüş İran-Azərbaycan münasibətlərinin nisbətən tənzimlənməsinə xidmət edirdi.
Bu, çox güman ki, İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasını istəməyən təxribatçı qüvvələrin işidir. İranın daxilində olan müəyyən qüvvələr də ola bilər, başqa qüvvələr də.”
Paylaş: