“Gəlin ondan çıxış edək ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının dövlət başçıları səviyyəsində qəbul edilmiş qərar var. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən bu sazişlərin yerinə yetirilməsini təmin etmək üçün hər şeyi edəcəyik. Avropa institutları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq, ölkəni itirə bilərlər”.
Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bazar ertəsi Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bəyan edib.
O, Ermənistanın Avropa strukturlarını, xüsusilə Avropa Parlamenti və AŞPA-nı Qarabağdakı vəziyyətin həllinə cəlb etmək cəhdlərinin vəziyyəti gərginləşdirəcəyini, getdikcə daha çox problemlər yaradacağını deyib.
"Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən - istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”, - deyə Vyaçeslav Volodin Ermənistana xəbərdarlıq edib.
Oxu.az
Paylaş: