Xəbər lenti

İranın Ermənistanla sərhəddəki Norduz sərhəd-keçid məntəqəsindən orta hesabla gündəlik 300 yük və 800 sərnişin avtomobili keçir, 1500 sərnişin daşınır.

Axar.az xəbər verir ki, bu haqda “Azad İran” Teleqram kanalı sərhəd məntəqəsinin direktoru Məhəmməd Bayburdiyə istinadla məlumat yayıb.

Bayburdi sözügedən sərhəd məntəqəsindən son bir ildə Ermənistana 73 milyon dollar həcmində mal ixrac edildiyini, ötən ilin eyni dövrü ilə müqayisədə 39% artım müşahidə olunduğunu deyib. O, həm də son bir ildə məntəqədən 266 min insanın keçdiyini ifadə edib.




Ana səhifəyə qayıt        Baxış: 2 970          Tarix: 22-02-2023, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma