Xəbər lenti
13-05-2024, 20:31

ABŞ Dövlət katibi Antoni Blinken bu axşam Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.

ABŞ Dövlət Departamentinin Mətbuat Xidməti xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 17:00-da Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutacaq.

Bundan əvvəl A.Blinken Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.

ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 2 889          Tarix: 1-05-2023, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma