Xəbər lenti

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına bundan sonra da hər cür yardım göstərməyə hazırdır və tərəflərin sülh müqaviləsi imzalaya biləcəyinə ümid edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsinin əldə edilməsi böyük ölçüdə normallaşmanın bütün yollarının irəliləməsindən asılıdır: “Əslində, Rusiyanın yardımı məhz buna yönəlib. O cümlədən həm İrəvana, həm də Bakıya uyğun olan balanslaşdırılmış, kompromis həll yollarının axtarışı ilə bağlı”.

Qaluzin qeyd edib ki, bu mövzuda Moskvada aparılan danışıqlar tərəflər arasında anlaşmanın yaxşılaşmasına, bir sıra məsələlərdə mövqelərin yaxınlaşmasına kömək etdi: “Biz bu məqsədlə Bakıya və İrəvana hər cür köməklik göstərməyə davam edəcəyik. Ümid edirik ki, bu cür müntəzəm təmaslar yekun sülh razılaşmalarına nail olmağa imkan yaradacaq”.

Qaluzin deyir ki, Moskvanın İrəvan və Bakı arasında müzakirələr üçün platforma təqdim etməsi Rusiyanın sülh prosesində konkret nəticələrin əldə olunmasına yardımının elementlərindən biridir: Rusiya tərəfi belə işləri Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını təşkil edən üçtərəfli sazişlərə uyğun olaraq həyata keçirir”.

XİN rəsmisi əlavə edib ki, sülh müqaviləsindən başqa, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması işinə nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ictimai təmasların inkişafı yolu ilə etimadın möhkəmləndirilməsi kimi sahələr daxildir.




Ana səhifəyə qayıt        Baxış: 3 112          Tarix: 27-05-2023, 17:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma