Xəbər lenti

Avropa İttifaqının (Aİ) Moldovanın pauyaxtı Kişineu şəhərində keçirilən Avropa Siyasi Sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Makronu yanlaması tədbiri işıqlandıran jurnalistlərin diqqətini cəlb edib.

Musavat.com xəbər verir ki, internet resurslarında yayılan videogörüntülərdə Paşinyanın Makrona israrla nəyisə başa salmaq istədiyi görünür. Bu zaman əlləri qoynunda irəliləyən və fikirli görünən Makronun Paşinyanın dediklərinə hər hansı bir reaksiya vermədiyi sezilir.

Qeyd edək ki, bundan əvvəlki beynəlxalq tədbirlərdə də Paşinyan həmişə Makronun audensiyasında olmağa çalışıb və həmişə ondan nəsə xahişlər edib.




Ana səhifəyə qayıt        Baxış: 3 511          Tarix: 1-06-2023, 16:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma