Xəbər lenti

Dövlət Dumasının deputatı Konstantin Zatulin Ukraynadakı müharibə ilə bağlı tənqidi fikirlərinə görə Dumanın bir sıra vəzifələrindən məhrum edilə və “Vahid Rusiya” fraksiyasından xaric edilə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Vedomosti” portalı məlumat yayıb.

Gələn informasiyalara görə, iyunun 1-də verilən açıqlamalardan sonra “Vahid Rusiya” bununla bağlı müzakirələrin başladığı iddia edilir. Müzakirə olunan variantlar arasında Zatulinin Dövlət Duması komitəsi sədrinin birinci müavini vəzifəsindən çıxarılması və fraksiya sıralarından xaric olunması da var. Zatulinin mandatını itirmək təhlükəsi yoxdur, çünki o, “Vahid Rusiya”nın üzvü deyil və birmandatlı dairədən seçilib.

K.Zatulin “Bizə hansı Ukrayna lazımdır?” adlı altında keçirilən forumda sosial şəbəkələrdə və teleqram kanallarında geniş əks-səda doğuran açıqlamalar verib. Onun sözlərinə görə, 2022-ci ilin fevralın“xüsusi əməliyyat”ın (Rusiyada Ukrayna qarşı aparılan işğalçı savaşa qoyulan rəsmi ad-red.) dörd məqsədinin heç birinə nail olunmayıb. "Hərbi əməliyyatın əvvəlində rəsmi olaraq bəyan edilmiş məqsədlərimiz nə idi? Hamınızın yadındadır - denasifikasiya, demilitarizasiya, Ukraynanın neytrallığı və Donetsk və Luqansk “xalq respublikaları”nın sakinlərinin müdafiəsi... Bu hədəflərdən hansında biz bu günə kimi nəticələr əldə etmişik? Bəzilrini heç mənası da qalmayıb”, - deyə deputat xüsusilə qeyd edib.

Zatulinin sözlərinə görə, Rusiya hakimiyyətinin müharibənin əvvəlində qurduğu plan açıq şəkildə iflasa uğrayıb. "Mən indi həmin planı bu şəkildə formalaşdıran insanlarla hesablaşmaq istəmirəm, lakin hər halda onun baş tutmadığı hamıya aydındır", - Zatulin bildirib.

Zatulin qənaətinə əsasən, Rusiya Ukraynanın 4 vilayətinin ilhaqı ilə bağlı öz qərarını belə yerinə yetirmək iqtidarında deyil: “Biz heç vaxt Zaporojye şəhərinə daxil olmamışıq, üstəlik, Xerson şəhərindən çıxmışıq”.

Qeyd etmək lazımdır ki, bu cür fikirləri bəzən Rusiya hakimiyyətinə sadiq olan publisistlər də dilə gətirir, lakin Dövlət Dumasının indiki deputatlarının ağzından çox az eşidilir. Bundan əvvəl Zatulin Xerson və Zaporojye vilayətlərini mübahisəli ərazilər adlandıraraq böyük hay-küy yaratmışdı.

Zatulin bazar ertəsi Moskva Radiosuna müsahibəsində münaqişə barədə heç nə bilmədiyini və sözlərinin kontekstdən çıxarıldığını söyləyib. Bununla bərabər o, “xüsusi hərbi əməliyyatda qarşıya qoyulan məqsədlərə nail olunmadığı” barədə fikirlərini inkar etməyib.

Qeyd edək ki, Konstantin Zatulin Rusiyanın ən təcrübəli rus siyasətçilərindən biri sayılır. Dövlət Dumasında 1-ci çağırışdan deputat olan Zatulin özünün qatı ermənipərəst mövqeyi ilə də tanınır.




Ana səhifəyə qayıt        Baxış: 3 409          Tarix: 5-06-2023, 13:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma