Xəbər lenti

İyunun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, tərəflər Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə ediblər.

İkitərəfli və regional əlaqələrə dair bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi və nəqliyyat layihələri ilə bağlı iki ölkənin aidiyyəti qurumları və rəsmiləri arasında baş tutmuş danışıqların və qarşılıqlı təmasların vacibliyi qeyd olunub.

Bununla yanaşı, ikitərəfli gündəlikdə duran həlli zəruri olan məsələlərə dair danışıqların davam etdirilməsinin və onların həllinin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda bir sıra çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 3 390          Tarix: 25-06-2023, 19:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma