Xəbər lenti

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada apardığı danışıqların Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşə hazırlıq olduğunu bildirib.

"Report" xəbər verir ki, H.Fidan S.Lavrovla görüşdə bildirib:

“Bizim müzakirə edəcəyimiz məsələlər iki liderin qarşıdan gələn görüşünə hazırlıq olacaq. Biz “Taxıl sazişinin” bərpası və Ukraynada ədalətli sülhün yaradılması məsələlərini müzakirə etdik. Bundan əlavə, Suriya və Cənubi Qafqazdakı vəziyyət də gündəmdə olacaq. Qonaqpərvərliyə və səmimi qəbula görə əziz dostuma (Sergey Lavrova) təşəkkür edirəm”.




Ana səhifəyə qayıt        Baxış: 3 258          Tarix: 31-08-2023, 19:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma